Alimlər qırışların çarəsini tapdı
Tarix: 11-01-2017 | Saat: 15:40
Bölmə:Karusel / Qadınlar / Maraqlı | çapa göndər
"Teleqraf" qəzeti yazır ki, qocalmanın əlaməti olan qırışlar çox tez bir zamanda keçmişin qalığına çevrilə bilər.
"Xəbəraz.az " xəbər verir ki, alimlər dərini gənc və təravətli edən piy hüceyrələrini yetişdirməyi öyrəniblər.
Alimlər bildirirlər ki, bu kəşf nəinki qocalığa qarşı müalicələrin inkişafına təkan verə bilər, həm də bu metodla yaraların çapıqsız sağalmasına nail olmaq olar.
Adiposit adlanan yağ və ya piy hüceyrələri normal olaraq dərinin tərkibinə daxildir, lakin yaşlanma və ya çapıqların sağalma prosesində itə bilər.
Məhz bu hüceyrələrin yoxluğu yaşlı adamların üzündəki qırışları ömürlük edir.
Laboratoriya araşdırmaları göstərib ki, tük kisəcikləri yaraların çapıqsız sağalmasına birbaşa təsir edir. Bu kisəciklər Sümük Morfogenetik Zülalı (SMZ) adlı molekulun siqnallarını buraxır.
SMZ yaralarda rast gəlinən çapıqyaradan miofibroblast hüceyrələrinin adipositlərə çevrilməsi üçün "komanda" verir.
ABŞ-ın Pennsylvania Universitetinin aparıcı alimi professor Corg Kotsarelis deyib ki, yeni metod istənilən yaranın çapıq qoymadan itib getməsinə imkan verəcək.
Alim bildirir ki, "miofibroblastların başqa hüceyrəyə çevrilmədiyinə inanılır, lakin biz hüceyrələri dəyişməyə və adipositlərə çevrilməyə məcbur etmişik".
Təcrübələr laboratoriyada həm insan, həm də siçanın çapıqyaradan toxuması üzərində aparılıb.
"Teleqraf" yazır ki, tədqiqatın əsas məqsədi çapıqların aradan qaldırılmasına yönəlsə də, bu kəşf başqa sahələrdə də tətbiq oluna bilər.
Professor Cotsarelis deyib ki, adipositlərin itməsi HİV virusuna yoluxma və təbii yaşlanma kimi proseslərin ümumi xüsusiyyətidir.
Alimin sözlərinə görə insanın üz dərisində adipositlərin yetişdirilməsi ilə qocalığın müalicəsinə böyük töhfə veriləcək.
Xəbəri paylaş
1 1098 dəfə oxunub.
Digər xəbərlər

20-06-2020, 14:46
Sabah Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq
28-04-2021, 12:54
Qadını şəkilləri ilə hədələyib, görüşmək istədi - Polis saxladı
6-04-2015, 14:01
Heydər Əliyev prospekti bax belə olacaq – FOTO + VİDEO
23-11-2017, 12:39
Vəfat edən jurnalist ikinci dəfə ata olacaqdı…
14-07-2017, 12:36
Bakıda görünməmiş hadisə: eyni vaxtda 90 ketotifen həbi içdi
19-04-2017, 13:10
Azərbaycan MN: Ermənilər atəşkəs rejimini 125 dəfə pozub
10-05-2015, 15:05
Türkiyənin 7-ci prezidenti dünyasını dəyişib.
17-03-2017, 20:03
İran və Səudiyyə Ərəbistan Həcc ziyarəti ilə bağlı razılığa gəlib
3-03-2016, 14:44
Azərbaycanlı Van Damın məşhur şpaqatını təkrarladı – VİDEO