Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
3 diplomlu qızın qeyri-adi həyatı - VİDEO
Tarix: 11-01-2017 | Saat: 14:15
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər

3 diplomlu qızın qeyri-adi həyatı - VİDEO

Jalə Bünyatova 3 diplomu olsa da, tərəkəmə həyatını seçib.

ARB TV xəbər verir ki, Jalə Bünyatova Mingəçevirdə doğulsa da, bu gün tərəkəmə ailəsinin üzvüdür.

Jalə deyir ki, indi əksər şəhər qızları müasirlikdən uzaq olan aləmə uyğunlaşmaqda çətinlik çəkirlər, amma o, bunun öhdəsindən gəlib.

Jalə Bünyatova - tərəkəmə: "Buraya özüm könüllü olaraq gəlmişəm. Şəhər mühitində olan insan olsam da, buraya gəldim ki, bu həyatı öyrənim. Mənə görə, çətin olmadı. Hər şey insanın öz əlindədir. Bir işi bacarmalıyam deyirsənsə, o işi bacaracaqsan. Bu işdən qorxum və ya çəkinim söhbəti yoxdur".

Tərəkəmə qadınlarının gördükləri işləri öyrənmək də şəhərli qız üçün çətin olmayıb. Asanlıqla bütün ağır məişət işlərini öyrənib. Şəhərdə yaşayarkən marketlərdən almağa adət etdiyi çörəyi indi özü bişirmək qabiliyyətindədir. Amma hələlik qaynanası Cəmilə Bünyatovaya yardım edir. Ali təhsilli olsa da o, şəhərdə yaşamaq istəməyib. Şəhərin səs-küyündən çıxaraq tərəkəmə həyatını seçib.

Jalə Bünyatova: "Gündəlik işimiz - sobanı qalayırıq, çayımızı qaynadırıq, məhləmizi süpürürük, süfrəni hazırlayırıq".

Jalə Bünyatova deyir ki, insanın sevdikləri yanında olduqdan sonra harada yaşamasının heç bir əhəmiyyəti qalmır. Doğmalarla keçirilən hər gün məkandan asılı olmayaraq hər zaman xoş xatirələrlə yadda qalır.




Xəbəri paylaş

1 0268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___