Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Möminin üzünə gülümsəməyə görə Allah savab yazır
Tarix: 10-01-2017 | Saat: 11:31
Bölmə:Karusel / İbadət | çapa göndər

Möminin üzünə gülümsəməyə görə Allah savab yazır


Nəfsi tərbiyə edən amillərdən biri - insanlarla xoş rəftar etməkdir.
İmam Rza (ə) buyurur: "Hər kim mömin qardaşının üzünə gülümsəyər, Allah ona savab yazar. Hər kimə ki, savaba yazılar, artıq əzab olunmaz".
Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Sizlərin ən üstünü - əxlaq cəhətdən ən yaxşılarınızdır. Onlar ki, özlərini xidmətə hazır edirlər və başqaları ilə ülfət və məhəbbətlə yaşayırlar".
"Xəbəraz.az " bildirir ki, İmam Sadiq (ə) buyurur: "Hər kim mömin qardaşının üzündəki yonqarı (qəmi) aradan aparar, Allah ona on həsənə yazar. Hər kim mömin qardaşın üzünə təbəssüm edər, Allah onun üçün həsənə hesab edər". (Həvzəh)
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Sizlərin ən üstünü - iman cəhətdəndir. Sizlərin ən yaxşısı isə əxlaq cəhətdəndir".
Bəli, bu hədislərdən belə bir nəticəyə gəlmək olur ki, möminin qəlbini və üzünü güldürmək, onunla xoş rəftar etmək - Allah dərgahında ən çox bəyənilən əməllərdəndir.
Qəlbi sındırmaq hünər sayılmır, əslində qəlbə məlhəm olmaq hünərdir. O kəs ki, insanlarla gülərüzlə rəftar edər və onların üzünə gülümsəyər - xoş əxlaqlı hesab olunar. İnsanlarla xoş rəftar insani kəramətdən irəli gəlir və insanda təvazökarlıq, fədakarlıq, güzəşt etmək kimi fəzilətli sifətləri gücləndirir.
Əxlaqi mövzuları iki dəstəyə bölmək olar: məcburi və məcburi olmayan.
O mövzular ki, sünnətlə gəlmişdir, onları məcburi hesab etmək lazımdır. Misal üçün: əhdə vəfa etmək, fədakarlıq, ehsan... Bu məsələrdən bəziləri hətta vacibat hökmündədir. Baxmayaraq ki, əxlaqi mövzudur, ancaq riayət olunması vacibdir. Bəzi əxlaqi məsələləri yerinə yetirmək isə müstəhəbdir. Onları məcburi olmayan əməllər hesab etmək olar. Bu mövzular insanın vicdani ilə bağlıdır.
Necə ki, namazın, orucun, həccin zahiri və batini ədəbləri vardır və əgər həmin ədəblərə riayət olunmazsa, ibadət həqiqətini itirər, əxlaqda da bəzi sünnətlər vardır ki, onlarsız əxlaq həqiqi mənasını kəsb edə bilməz. Əgər bu sünnətlər aradan qalxarsa, insan cansız maşına bənzəyər ki, nə ruhu vardır, nə də qəlbi. Bütün bu sünnətlərdə bir hədəf vardır, o da budur ki, insan İslam dinini bütün həyat sahələrində bir məktəb kimi qəbul etsin və həyata məhz bu baxışla nəzər salsın.
Ona görə də deyə bilərik ki, dinimiz başqaları ilə etdiyimiz rəftarlara dəyər verən bir dindir. İctimai rabitələr və əxlaqi münasibətlər dinimizin əhəmiyyət verdiyi mövzulardandır. Hər kim cəmiyyətdə xoş əxlaq nümayiş etdirər, əxlaqi fəzilətlərin yayılmasına səbəb olar, belə bir insan həm Allahın və həm də insanların sevimlisi olar.




Xəbəri paylaş

7388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___