Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ
Tarix: 08-01-2017 | Saat: 18:38
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ


Ötən ilin noyabr ayında bir ailənin faciəsi ilə nəticələnən yanğının baş verdiyi məcburi köçkünlərin yaşadığı yataqxanadan digər sakinlər hələ də köçürülməyiblər. Ərazidə hər şey əvvəlki kimidir, nə təmir işləri aparılıb, nə də hansısa bir dəyişiklik var.

Öncə xatırladaq ki, ötən ilin noyabr ayında Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasında baş verən yanğın qısa zamanda 4 ailənin yaşadığı 97 kvadrat metr əraziyə yayılmışdı.

Dəhşətli yanğın zamanı Füzuli rayonundan məcburi köçkün ailənin üzvləri olan 1983-cü il təvəllüdlü Seymur Əkbər oğlu Babaşov, onun həyat yoldaşı, 1986-cı il Cəvahir Əlövsət qızı Babaşova və övladları 2005-ci il təvəllüdlü Fərhad Seymur oğlu Babaşov, 2007-ci il təvəllüdlü Elşad Seymur oğlu Babaşov yanaraq həyatlarını itirmişdilər.
"Xəbəraz.az " xəbər verir ki, bu gün həmin ailənin üzvlərinin ölümündən 40 gün keçir. Ərazidəki acı mənzərə hələ də qalmaqdadır. Belə ki, ailənin yanaraq həyatlarını itirdikləri otağın yanmış konstruksiyalarının üzərinə qərənfillər səpilib. İki azyaşlı uşağın yanmış meyitinin tapıldığı çarpayının üzərində isə kiçik “yolka” qurulub. Nizami rayon İcra Hakimiyyəti tərəfindən yanğının qurbanı olan ailəyə 40 mərasimi verilir.


Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ
Bakıda bir ailənin məhv olduğu yerdə "yolka" qurulub - ACI MƏNZƏRƏ


Xəbəri paylaş

9198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___