Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bal arısı zəhərinin faydaları
Tarix: 06-01-2017 | Saat: 00:04
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bal arısı zəhərinin faydaları


Bal arısı zəhərindən müalicə vasitəsi kimi istifadənin tarixi Qədim Misir dövrlərinə qədər gedib çıxır. O zaman bu müalicə metodundan məhşur loğmanlar istifadə ediblər. Bu barədə yazılara qədim tibbi kitablarda da rast gəlmək olur. İndi isə arı zəhərindən xəstələrə ineksiya etməklə müalicə aparılır. Bu müalicə metodundan isə ən savadlı həkimlər istifadə edirlər. Çünki müalicə zamanı zəhərin dozası düzgün hesablanmalıdır.
"Xəbəraz.az " bildirir ki, arı zəhəri iltihab əleyhinə təsirə malikdir. Bal arısının zəhərində metilin, adolapin və apamin maddələri həm yerli və həm də ümumi iltihab sorucu təsir göstərir. Həm də bu kimyəvi maddələr sayəsində orqanizmin təbii hormon miqdarında artış olur ki, bu da orqanizmdən iltihabın sorulmasına yardım edir.
2005-ci ildə Oksford Universitetinin Yayım Mərkəzi tərəfindən aparılan araşdırmalar artritin müalicəsində bal arısı zəhərinin faydası olduğunu təsdiqləmişdir və bu barədə geniş məqalə yazmışdır.
Arı zəhərinin ikinci gözəl xüsusiyyəti ağrıkəsici qabiliyyəti olmasıdır. O ağrını sakitləşdirir. Zəhərin tərkibindəki adolapin maddəsi təbii ağrıkəsicidir.
Bəzi insanlarda arı zəhərinə qarşı allergiya olur, hətta elə insanlar vardır ki, onlar arı sancan kimi ölümcül hala düşürlər. Belə adamları arı zəhəri ilə müalicə etdikdə zəhəri onun orqanizminə az-az, öyrəşdirə-öyrəşdirə vururlar.
Bal arısı zəhəri vasitəsilə skleroz, revmatizm, artrit, akne və digər bəzi xəstəliklər müalicə edilir.





Xəbəri paylaş

7908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___