Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həzrət Peyğəmbərin (s) Quranda nəql olunan 2 möcüzəsi
Tarix: 03-01-2017 | Saat: 20:21
Bölmə:Karusel / İbadət | çapa göndər

Həzrət Peyğəmbərin (s) Quranda nəql olunan 2 möcüzəsi

Möcüzə dedikdə o əməl və ya kəlam nəzərdə tutulur ki, bir başqası onun kimisini təkrar etməyə qadir deyildir.

Ona görə də peyğəmbərlərin (ə) öz risalətlərini sübut etmək üçün etdiyi möcüzələri başqaları etməkdən aciz idilər. Həzrət Musanın (ə) əsasının əjdahaya çevrilməsi, Həzrət İsanın (ə) ölüləri diriltməsi kimi.
Həzrət Peyğəmbər (s) bərəkətli həyatı boyu çox sayda möcüzələr yerinə yetirmişdir. Onun sayının 4 min olduğunu bəyan edirlər. Peyğəmbərin (s) ən böyük möcüzəsi - Qurandır. Bu möcüzə kitab cinsindən olsa da, qalıcı və cavidandır. (Erfan)
"Xəbəraz.az " deyerler.org-a istinadən bildirir ki, bundan başqa, Quran Peyğəmbərin (s) iki möcüzəsi haqqında da söz açmışdır.
1. Peyğəmbərin (s) meracı. "Öz bəndəsini (Muhəmmədi (s)) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eyibdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (O Allahdır)". ("İsra" 1).
Bəli, merac Həzrətin (s) möcüzələrindəndir. Həzrət (s) bu möcüzəvi səfərdən sonra çox sayda qeybi xəbərlərdən məlumat vermişdi.
Təfsirçilərin nəzərinə görə, Həzrətin (s) meracı həm ruhi və həm də cismani olmuşdur. Yəni, Həzrət (s) həmin cismi bədəni ilə Məscidul-Haramdan Məscidul-Əqsaya seyr etmiş və sonra da səmaya qalxmışdır.
2. Şəqqul-qəmər. "Qiyamət çox yaxınlaşdı və Ay parçalandı". ("Qəmər" 1). Bu hadisə hicrətdən əvvəl baş vermişdir. Müşriklər Həzrətə (s) deyirlər ki, əgər sən həqiqətən də peyğəmbərsənsə, Ayı bizim üçün iki yerə böl. Həzrət (s) də onlara buyurur: "Əgər bu işi sizin üçün görsəm, iman gətirəcəksinizmi?". Deyirlər ki, bəli". Həmin gecə bədr gecəsi idi, yəni Ay bütöv idi. Peyğəmbər (s) Allahdan istəyir ki, Ayı iki yerə bölsün. Peyğəmbərin (s) işarəsi ilə Ay iki yerə bölünür və müşriklərin əksər hissəsi bu möcüzəni gördülər. Ancaq yenə də Həzrəti (s) inkar etdilər. Ona görə də Quran buyurur: "Onlar (müşriklər) bir əlamət və möcüzə görəndə üzlərini döndərərək, "(bu şəxsin həmişə etdiyi) daimi bir sehrdir" deyərlər".


Xəbəri paylaş

1 0718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___