Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Uğursuz sevgidən sonra...” - Nuranənin ilk və son səfəri
Tarix: 03-01-2017 | Saat: 14:51
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

“Uğursuz sevgidən sonra...” - Nuranənin ilk və son səfəri


Xəbər verdiyimiz kimi, Yeni il gecəsi İstanbulun elit əyləncə mərkəzi “Reina”da terrorçu tərəfindən güllələnənlərdən biri, Rusiya vətəndaşlığı daşıyan azərbaycanlı Nuranə Həsənova olub.

"Xəbəraz.az " xəbər verir ki, o, son illər Bakıda yaşayırdı və İstanbula da oradan yollanıb. Bu səbəbdən də, Türkiyə hökuməti əvvəlcə onun Azərbaycan vətəndaşı olduğunu hesab edib.

Dostlarının sözlərinə görə, bu, Nuranənin ilk xarici səfəri olub. O, uzun zaman idi ki, xaricə səfər etmək istəyirdi, lakin heç cür alınmırdı:

“İstanbula getmək qərarını bayramdan yarım həftə əvvəl vermişdi. Axı belə bir inanc var, yeni ili necə qarşılasan, elə də keçirəcəksən. Nuranənin isə uğursuz sevgi yaşadıqdan sonra, nəhayət ki, yeni münasibəti yaranmışdı. Arzu edirdi ki, 2017 onun üçün xüsusi il olsun. Nuranə çox mehriban və həyat dolu idi. Böyük hərflərlə əsl dost idi”.

Qeyd edək ki, onun cəsədini tanımaq üçün böyük bacısı İstanbula yola düşüb. O, sabah doğma vətəni Azərbaycanda dəfn olunacaq.qafqazinfo

“Uğursuz sevgidən sonra...” - Nuranənin ilk və son səfəri
“Uğursuz sevgidən sonra...” - Nuranənin ilk və son səfəri


Xəbəri paylaş

6668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___