Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB
Tarix: 01-01-2017 | Saat: 14:16
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB


Bu gecə İstanbulun Ortaköy adlanan hissəsində əyləncə mərkəzinə təşkil edilmiş hücum zamanı ölənlərin sayı 39 nəfrə çatıb."Xəbəraz.az " xəbər verir ki, ölən şəxslərdən 16-sı əcnəbi ölkə vətəndaşıdır. 69 nəfər isə xəstəxanalarda müalicə olunur. Onlardan 4-nün vəziyyəti kritikdir.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölənlərin sayının 39-a çatmasını təsdiqləyib. Jurnalistlərə açıqlama verən nazir deyib ki, dünyada məşhur olan gecə klubuna təşkil edilmiş silahlı basqın terror aktıdır və xarici ölkə vətəndaşlarının öldürülməsi də bunu göstərir.



Bildirilir ki, "Santa Klaus" paltarında əyləncə mərkəzinə soxulan 3 silahlını zərərsizləşdirməyə çalışan polis əməkdaşı da olay yerində şəhid olub.

Hazırda bütün İstanbul ərazisində terrorçuların axtarışı həyata keçirilir.



xxxxx

05:22

İstanbuldakı "Reina"gecə klubuna hücum nəticəsində 35 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin valisi Vasip Şahin bildirib.

Bundan əvvəl hücum zamanı iki nəfərin öldürüldüyü bildirilirdi.

Vali törədilmiş hücumu terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Naməlum silahlı şəxs yerli vaxtla 01.15 radələrində Ortakoy rayonunda yerləşən Reina gecə klubuna yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və 1 mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq oradakı insanlara atəş açıb.

Hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.


+++ 05.02

İstanbulun Beşiktaş rayonundakı "Reina" gecə klubuna hücum nəticəsində 2 nəfər ölüb, 20-dək şəxs yaralanıb

Santa Klaus geyimli naməlum silahlı şəxslər kluba daxil olaraq içəridəki insanlara açıb açılmayıb.

Məlumata görə, hücum edənlərdən biri hələ da binadanlardan birindədir.

İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB
İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB
İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB


Xəbəri paylaş

6208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___