Gömrükdə qadının daxili orqanından qızıl çıxdı - Foto
Tarix: 29-12-2016 | Saat: 12:00
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları zərgərlik məmulatının qanunsuz yolla ölkəyə gətirilməsinə cəhdin qarşısını alıblar.
Komitədən verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İstanbul-Bakı aviareysilə gələn xanım sərnişin, Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş gömrük nəzarəti zonasını tərk etdikdən sonra saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama başlamazdan əvvəl vətəndaşdan üzərində gömrüyə bəyan edilməli hər hansı bir əşyanın olub-olmadığı soruşulub və o, belə bir əşyanın olmadığını bildirib. Lakin gömrük əməkdaşının onu bədən üzvlərinin yoxlanılması üçün tibb işçisi dəvət olunacağı barədə xəbərdar etməsindən sonra, həmin şəxs buna ehtiyac olmadığını və daxili orqanında gizlətdiyi əşyaları könüllü təqdim edəcəyini bildirib.
Daha sonra, yoxlama otağına dəvət olunmuş hal şahidlərinin iştirakı ilə vətəndaş daxili orqanında gizlətdiyi sellofan bükümün içərisindəki qızıl-zinət əşyalarını, bəzilərinin üzəri qaşlarla bəzədilmiş - 18 ədəd kulon, 22 ədəd üzük, 17 ədəd sırğa cütü, 5 ədəd tək sırğa, 3 ədəd boyunbağı, 3 ədəd sırğa-üzük dəsti, 4 ədəd boyunbağı-qolbaq-sırğa-üzük dəsti və 3 ədəd qolbağı çıxararaq gömrük nəzarətinə təqdim edib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmetlər ümumi çəkisi 254,26 qram olan və 583/585 əyarlı qızıldan hazırlanan zərgərlik məmulatıdır.
Xəbəri paylaş
8818 dəfə oxunub.
Digər xəbərlər

20-04-2016, 21:37
Azərbaycanda yeni beyin mərkəzi yaradıldı - FƏRMAN
11-09-2015, 03:15
Keti Perri geyimi ilə bütün diqqəti üzərinə çəkdi (FOTO)
2-11-2021, 11:30
“Altı ildir azyaşlı qızıma təcavüz edən ögey atası azadlığa buraxıla bilər” - Bakıda daha bir DƏHŞƏTİN TƏFƏRRÜATI
12-08-2019, 12:55
Məşhur xanım müğənni ərinə qadınla xəyanət etdi - FOTOLAR
24-08-2016, 20:59
Əli İnsanovun vəziyyəti ağırlaşdırıldı - Üç yeni maddə
24-08-2018, 11:24
Merkel sabah Azərbaycana gəlir - Nə dəyişəcək?
6-01-2023, 12:40
Bakıda avtomobilə yol verməyən sürücü küçədə qətlə yetirildi
6-06-2018, 16:54
Şakira ilə Pikenin evini yardılar