Xəstəxanada qayınanasını amansızlıqla öldürdü - AİLƏ DRAMI QANLI BİTDİ-VIDEO
Tarix: 28-12-2016 | Saat: 14:41
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. "Xəbəraz.az "-ın məlumatına görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki vərəm dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qayınanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qayınanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Araşdırmalar zamanı məlum olub ki, E.Hüseynovun ailəsində həyat yoldaşı ilə ciddi problemləri olub. Qadın işsiz olan, arabir fəhləlik edən E.Hüseynovdan boşanmaqla bağlı Xəzər rayon Məhkəməsinə müraciət edibmiş və onlar boşanma ərəfəsində imiş. Lakin 24 yaşlı Elçin ailəsinin dağılmamasını istəyib və baş verənlərdə qayınanasını günahlandırıb. O, dünən də xəstəxanada qayınanasını onun ailə işlərinə müdaxilə etməkdə, evini dağıtmaqda günahlandırıb və məlum cinayəti törədib.
Qeyd edək ki, ailənin körpə uşağı var.
*****
8:54
Bakıda qətl törədilib.
Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib.
Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Bağır qızı Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Arzuman oğlu Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb.
İlkin məlumata görə, hadisəni törədən Elçin Hüseynovla həyat yoldaşı arasında mübahisə yaranıb, həyat yoldaşı evi tərk edərək anasıgilə gedib.
E. Hüseynov dispanserə gələrək, F. Mürsəlovadan qızını geri göndərməsini tələb edib.
F. Mürsəlova isə E. Hüseynovun tələbinə rədd cavabı verib. Tərəflər arasında yaranan mübahisə qadının qətli ilə nəticələnib.
E. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq gedir.
Xəbəri paylaş
9188 dəfə oxunub.
Digər xəbərlər

19-12-2015, 17:48
Dünyanın ən bahalı 10 avtomobili VİDEO
31-07-2017, 15:01
Vətənə xəyanət edən baş müşavirin ömürlük həbs cəzası ləğv edildi
24-03-2015, 16:42
Bəzi Bakı kəndləri və qisa tarixi
21-06-2017, 11:27
Prezident: "O torpaqlarda da iftar süfrələri açılacaq"
16-09-2016, 15:06
Bakıda sərnişin avtobusu qəza törətdi - FOTO
28-02-2017, 15:51
SMS-lərə cavab verməyən vətəndaş 100 manat məbləğində cərimə olunacaq
2-02-2016, 20:02
02 fevral 2016-ci il tarixdə Bərdə rayonunun Köbərkənd, Xəsili və Qazaxlar kəndlərinə təbii qaz verilişinin açılışı olmuşdur
21-11-2021, 11:37
Şagirdlər arasında koronavirusa yoluxmalar artıb? - AÇIQLAMA
15-08-2015, 20:40
Qeyrətim buna yol vermir, ondansa ölsə, yaxşıdı…