Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB
Tarix: 27-12-2016 | Saat: 11:39
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda qaz borusu partladı - GÜCLÜ YANĞIN BAŞLAYIB


Fövqəladə Hallar Nazirliyi bu gün Qaradağda baş vermiş partlayışla bağlı məlumat yayıb."Xəbəraz.az " xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradag rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.


SOCAR-ın yaydığı məlumatda isə bildirilir ki, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayış baş verib, xəsarət alan yoxdur. Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.

*****

10:28

Bu gün saat 10 radələrində Bakının Qaradağ rayonu ərazisində güclü yanğın başlayıb. "Xəbəraz.az "-ın məlumatına görə, Səngəçal qəsəbəsi yaxınlığından keçən boru xəttində başlayan alışma şiddətlənib və güclü yanğına keçib.

Dövlət Yanğından Mühafizə Xidmətindən Lent.az-a bildirilib ki, yanğın ərazidən keçən qaz borusunda baş verib. Əraziyə xeyli texnika və yanğınsöndürən cəlb edilib.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı sosial şəbəkə vasitəsi ilə bildirib ki, hadisə Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində baş verib. Burada “Azəriqaz”ın Qaz İxracı İdarəsinin kompressor stansiyasında 125 atmosfer təzyiqi olan qaz xətti partlayıb. Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə məlumat yoxdur.


Xəbəri paylaş

6158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___