Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış meyxanaçı ifadə verdi – Dələduzluq
Tarix: 26-12-2016 | Saat: 17:42
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər

Tanınmış meyxanaçı ifadə verdi – Dələduzluq


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Asif Priəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Report-un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən iclasda tanınmış meyxanaçı Elşən Xəzər (Elşən Qürbətov) ifadə verib.

E.Xəzər dindirilərkən bildirib ki, A.Pirəliyevlə yaxın münasibətləri olub, mənzili onun vasitəsi ilə alıb: "Mən binaya yoxlama gələndə sənədləri verdim, onlar yoxladılar. Ödənişləri göstərən çekləri də təqdim etdim. Sənədlər qaydasında idi. Mənzilin orderi var, amma kupçası yoxdur. Məni İsfəndiyar Axundovun özü də tanıyır. Pulu kimə verdiyimi xatırlamıram".

A.Pirəliyev E.Xəzərlə münasibətlərinin olduğunu, ancaq pulun tanışına verildiyini söyləyib.

Qeyd edək ki, A.Pirəliyev İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) məxsus evləri ondan xəbərsiz satmaqda və tikinti sahəsində bir neçə dələduzluq əməlində təqsirli bilinir.

İttihama aktına əsasən, A.Pirəliyev İ.Axundovun adamı Heydər Əliyevlə birlikdə "Şərur" MMC-nin Xətai rayonu, Xudu Məmmədov küçəsində inşa etdiyi binada olan bir neçə evi satıb. İ.Axundovun şikayəti ilə hər iki şəxs cinayət məsiliyyətinə cəlb olunub. Cinayət işində İ.Axundova ümumilkdə 1 milyon 900 min manat dəyərində ziyan dəydiyi göstərilib.


Xəbəri paylaş

8818 dəfə oxunub.

Digər xəbərlər
16-03-2015, 09:58 Dollar ucuzlaşdı!

bütün xəbərlər
____ Instagram ___