Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hacı Mazan dekanın vəfat etdiyi klinikanın məhkəməsində
Tarix: 26-12-2016 | Saat: 15:20
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Hacı Mazan dekanın vəfat etdiyi klinikanın məhkəməsində
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə "Hacı Mazan" kimi tanınan zərərçəkmiş iş adamı Ramazan Zeynalov ifadə verib. O bildirib ki, təqsirləndirilən M.Həşimovla 2012-di ildə Masallı rayonunda tanış olub.

O, M.Həşimova 700 min manat pul verdiyini deyib: "Obyekti təmir etdirmişdim, avadanlıqlar olmadığı üçün boş idi. Bankdan 700 min kredit götürüb Müğdətə verdim ki, tibbi aparatlar alıb oranı klinika kimi işlətsin. Banka 7 min vermişdim, 10 min də klinikanın ventilyasiya işini görən ustaya verildi. Həmin pulu Müğdətə notarius qaydasında verdim, özü də imzaladı. Müğdət işlərlə məşğul oldu, mən də müalicə üçün Almaniyaya getdim. Bir ildən sonra qayıtdım, yoxlanışları burda edirdim. Elə həmin klinikaya getdim, qadın işçilər qabağımı kəsib dedilər ki, 3 aydır maaş almırıq. Mən də pulların necə olduğunu bilmək üçün Müğdətlə görüşdüm. Bizə aldığı avadanlıqla dair bir siyahı verdi, onu da 3 dəfə dəyişdi. Audit yoxlama apardılar. Cavad Cavadov avadanlıqların qiymətlərini internet üzərindən araşdırdı. Həmin vaxt Müğdət yoxa çıxdı, kredit götürdüyüm bank üstümə düşdü. Müğdəti tapdım, dedi 20 min manat ver, verdim banka ödədi. Sonra gəlib dedi ki, evim var, sənədləşməni həll edək, evi keçirək sənin adına, sat banka pulu ödə. Səfiqulu Alıyev adlı şəxs evi almaq istəyirdi, 67 min 200 manat verirdi, dedim 70 mindən aşağı olmaz. Müğdət özü qalan 2 min 800 manatı ödədi. Həmin 70 mindən əvvəl ona verdiyim 20 mini qaytardı. Sonra da bəlli oldu ki, evi Arif adlı vəkilə də satıb, onu da aldadıb. Müğdəti axtarmağa başladıq, dedilər Moskvadadır, tapa bilmədik, məcbur olub şikayət etdim”.

Təqsirləndirilən M.Həşimov deyib ki, banka kreditin ödənişlərində bir gün də olsun gecikmə olmayıb: “Amma Hacı Mazan yalandan deyir ki, klinikanı bank bağlayıb. Özləri qanunsuz olaraq bağladılar klinikanı. Hətta klinika bağlanandan sonra 4 ay, hər ay 20 min manat kredit ödəmişəm. Mənim 100 min manatlıq rentgen aparatım hələ də Hacı Mazanın girovluğundadır".

M.Həşimov klinikadakı avadanlıqların R.Zeynalov tərəfindən əvvəlcədən aparıldığını deyib.

Prosesdə əlavə şahid kimi Cavad Cavadov ifadə verib. O, klinikadakı avadanlıqların siyahıya alınmasında iştirak etdiyini deyib. Proses yanvarın 8-də davam etdiriləcək.

Qeyd edək ki, "Medi Sina” klinikasının sahibi Muğdət Həşimov dələduzluq maddəsi ilə həbs edilib. İttihama görə, o, iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Xatırladaq ki, tənqidçi, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat etmişdi.

“Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda, onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, Bakı Apelyasiya Məhkəməsində klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub. Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə qərar qəbul edib. Qərara görə, “Medi Sina” klinikası 40, əməliyyatı aparan əsas həkim Mahir Məmmədov 10, anestezioloq Firuz İbrahimov 15, asistent Fərəcullah İdrisov isə 10 min manat cərimələnib. İddiaçı tərəf maddi təzminatla bağlı da məhkəməyə müraciət edib və hazırda Yasamal Rayon Məhkəməsində sözügedən klinikaya və həkimlərə qarşı maddi təzminatla bağlı proses davam edir.



9538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___