Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Günün qoroskopu: təmaslarda diqqətli olun
Tarix: 25-12-2016 | Saat: 09:51
Bölmə:Karusel / Gündəm / Qoroskop | çapa göndər

Günün qoroskopu: təmaslarda diqqətli olun



Qoç - dostlar və yaxınlarla yanaşı, nüfuzlu şəxsin dəstəyinə bel bağlaya bilərsiniz. Yeni tanışlarınızın rəğbətini asanlıqla qazanırsınız. Təmaslarda diqqətli olun. Mühüm sənədlər imzalamaq, danışıqlar aparmaq olar.

Buğa - işlər məcrasında olmasa belə, planlarınızdan imtina etməyin. İradəli və qətiyyətli olsanız, gün uğurludur. İşdə rəhbərlik və həmkarlarla fikir ayrılıqları yarana bilər.

Əkizlər - israr və təkidlərə rəğmən mövqeyinizi müdafiə edin. Hadisələrin inkişaf məcrası sizin haqlı olduğunuzu, opponentlərinizin isə haqsızlığını göstərəcək.

Xərçəng - planlaşdırılmamış səfər və ya səyahət uğurlu ola bilər. Yeni tanışlarla asanlıqla dil tapırsınız. Bu yaxınlara qədər bədxahlarınızı dəstəkləyən insanı öz tərəfinizə çəkə bilərsiniz. Axşam saatlarında diqqətli olun.

Şir - çətin, qarışıq, mürəkkəb gündür. İşdə ciddi problemlər yarana bilər. Ciddi maliyyə itkiləri istisna deyil. Fəaliyyətinizdə ehtiyatlı olun. Mühüm sənədlərin imzalanmasını təxirə salın

Qız - müttəfiqlərin yardımlarına bel bağlaya bilərsiniz. Onlar gərəkli anda köməyinizə gələcək, yaxşı məsləhət verəcəklər. Yeni, məhsuldar əməkdaşlığın başlanması mümkündür.

Tərəzi - sərt və aqressiv danışmayın. Yəqin etmədiyiniz məqamla bağlı açıqlamalar verməyin. Əks təqdirdə yaxınlarınızla münasibətlərdə problemlər yaranacaq. Münaqişə yaratmayın. Çünki münaqişə yaranarsa, çox davam edəcək.

Əqrəb - gəlir və uğurlu sərmayə istisna deyil. Əvvəllər əxz etdiyiniz təcrübə günün ikinci yarısında karınıza gələcək.

Oxatan - hakimiyyət orqanlarının mənsubları ilə təmaslar üçün əlverişli zamandır. Sənədləşdirmə, hüquqi məsələlərin həlli ilə məşğul olmaq olar. İşdə rəhbərliklə münasibətlər normaldır. Peşəkarlıq və işgüzar məziyyətlərinizi nümayiş etdirmək imkanlarını əldən verməyin.

Oğlaq - qarşınızda yeni imkanlar, cazibədar perspektivlər yaranır. Fəqət, qələbənin asanlıqla əldə olunacağını düşünməyin. İrəliləmək üçün zəhmət çəkmək gərəkdir.

Dolça - həssas, güzəştlərə hazır olsanız, yaxınlarınızla münaqişədən yayına bilərsiniz. Mövqeyinizi müdafiə edərkən ətrafınızdakı insanların dediklərinə qulaq asın. Onların dediklərində məntiq var.

Balıqlar - bu gün yaşamınızda köklü dəyişikliklərə səbəb ola biləcək taleyüklü qərarlar verməyin. Mühüm görüş və ya danışıqlar planlaşdırılıbsa, etibar etdiyiniz insandan, müttəfiqdən dəstək alın. Vaxta qənaət etməyin.





Xəbəri paylaş

9978 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___