Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Həyət evi almaq istəyənlər bu xəbəri izləsin - Video
Tarix: 24-12-2016 | Saat: 01:11
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Həyət evi almaq istəyənlər bu xəbəri izləsin - Video
Paytaxt sakini olan İsa Xəlilov külli miqdarda pul verərək sənədlə həyət evi alıb. Bir müddət sonra isə evdə çatlar əmələ gəlib və divarlar aralanmağa başlayıb. Mütəxəssislər tərəfindən araşdırıldıqda isə məlum olub ki, evin bünövrəsi yoxdur. Tikintidə istifadə edilən materiallar da keyfiyyətsizdir.

Xəzər xəbər-in məlumatına görə, yeni tikilən həyət evi aldı, bir müddət sonra evin divarları çökməyə başladı. Yoxlanıldıqda isə özülünün olmadığı ortaya çıxdı.

Paytaxt sakini olan İsa Xəlilovun sözlərinə görə, 2013-cü ildə Cavanşir Əhmədov adlı şəxsdən 57 min dollara Binəqədi rayonu Xocasən qəsəbəsində sənədlə həyət evi alıb və tam təmir edib. Bir müddət sonra isə evdə çatlar əmələ gəlib və divarlar aralanmağa başlayıb.

Bu barədə evi satan şəxsə məlumat versə də, heç bir tədbir görülməyib. Evin günü-gündən daha da qəzalı vəziyyətə düşdüyünü görən İsa Xəlilov İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutundan mütəxəssislər dəvət edib. Məlum olub ki, evin bünövrəsi yoxdur. Ev torpağın üzərində tikilib və istifadə edilən materiallar da həddindən artıq keyfiyyətsizdir.

İnstitutun mütəxəssisləri tərəfindən evin qəzalı olması və yaşamağın mümkün olmaması barədə rəy verilib.

Zirzəmi də çox dar olduğu üçün ev sahibi onu qazaraq genişləndirib və bir hissəsinə beton tökərək möhkəmlədib.

Məsələ ilə evi satan şəxslərin mövqeyini öyrənmək istəsək də, Cavanşir əhmədovun qardaşı olan İlqar əhmədov bizi hədələməklə kifayətləndi.



Xəbəri paylaş

1 1238 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___