Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevgilisini boğaraq öldürənə hökm oxundu - 18 il
Tarix: 21-12-2016 | Saat: 18:27
Bölmə:Karusel / Hadisə | çapa göndər

Sevgilisini boğaraq öldürənə hökm oxundu - 18 il



Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində istirahət mərkəzində sevgilisini öldürməkdə təqsirləndirilən Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Xəbəraz.az "-ın verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə E.Əhmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən bu ilin yanvarın 15-də Quba rayonu Qəçrəş yaşayış massivində fəaliyyət göstərən “Retro” ailəvi istirahət mərkəzində qətlə yetirilib. Aralarında yaranmış mübahisə zəminində E. Əhmədov K. Zalovanı boğaraq öldürüb. Daha sonra isə K. Zalovanın “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilini və mobil telefonunu götürərək hadisə yerindən qaçıb.

K.Zalovanın uzun müddət münasibətdə olduğu E.Əhmədovun 200 min manat pulunu mənimsədiyini bildirilir.

İddiaya görə, qətl də bu səbəbdən baş verib.qafqazinfo



Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___