Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gecə Azərbaycanda ən uzun gecə olacaq
Tarix: 20-12-2016 | Saat: 22:04
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bu gecə Azərbaycanda ən uzun gecə olacaq


Azərbaycanda bu gecə ən uzun gecə qeydə alınacaq.

"Xəbəraz.az " bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə deyib ki, dekabrın 21-ə keçən gecənin uzunluğu 14 saat 43 dəqiqə, gündüzün uzunluğu isə 9 saat 17 dəqiqə olacaq. Bu gecənin uzunluğu əvvəlki gecənin uzunluğundan 1 dəqiqə fərqlənəcək.

X.Mikayılov bildirib ki, dekabrın 21-26-da gecə və gündüzün uzunluğu sabit qalacaq. Dekabrın 27-dən başlayaraq isə 1 dəqiqə fərqlə gecələr qısalacaq, gündüzlər isə uzanacaq.

X.Mikayılov bildirib ki, sabah saat 14:44:12-də Azərbaycana qış daxil olacaq.
Onun sözlərinə görə, qışın daxil olma vaxtının müəyyənləşdirilməsi Yerin Günəş ətrafındakı hərəkəti ilə bağlıdır: "Qışın daxil olma tarixi hər il fərqlənir. Elə illər olub ki, qış Azərbaycana dekabrın 22-də daxil olub. Fevralın 28 və 29 gündən ibarət olması da buna təsir edir".


Xəbəri paylaş

6728 dəfə oxunub.

Digər xəbərlər
11-03-2018, 17:24 Sabahın Havası

bütün xəbərlər
____ Instagram ___