Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sabah Azərbaycanda 14 dərəcə şaxta olacaq
Tarix: 20-12-2016 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sabah Azərbaycanda 14 dərəcə şaxta olacaq

Dekabrın 21-nə olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında dekabrın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz 5-7° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin Böyük Qafqazın bəzi şərq rayonlarında yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Xəbəri paylaş

7298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___