Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evdə it, pişik və digər ev heyvanlarının saxlanması qaydasında - Dəyişiklik
Tarix: 18-12-2016 | Saat: 16:33
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Evdə it, pişik və digər ev heyvanlarının saxlanması qaydasında - Dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nda dəyişiklik edib.

"Xəbəraz.az "-ın APA-ya istinadən məlumatına görə, qaydalara əsasən qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların (quyruğunun, qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılması qadağan olunub.

Dəyişikliyə əsasən bundan sonra qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılması qadağandır. Başqa sözlə, qanunla müəyyən edilmiş hallarda qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatlar aparılacaq.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində əsasən qanunla müəyyən edilmiş hallar istisna olmaqla, qeyri-müalicəvi məqsədlə ev heyvanlarının xarici görkəmini dəyişdirmək üçün cərrahi əməliyyatların aparılmasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.




Xəbəri paylaş

6598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___