Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakının mərkəzini niyə qazırlar? - VİDEO
Tarix: 17-12-2016 | Saat: 11:50
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakının mərkəzini niyə qazırlar? -  VİDEO


Bakının Yasamal rayonu Hüseyn Cavid prospektində yeni piyada keçidinin inşasına başlanılıb.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, yeraltı olacaq piyada keçidi Hüseyn Cavid parkının qarşısında inşa edilir.



Qurumun "Azəryolelmitədqiqatlayihə" İnstitutu tərəfindən hazırlanan layihəyə əsasən, 2 giriş-çıxışlı yeni piyada keçidinin ümumi uzunluğu 57,1 m olacaq. Bura keçidin 21,9 m uzunluğunda olan pilləkan hissələri və 35,2 m olan qalereyası daxildir. Qalereyanın (keçid hissə) eni 5 m, hündürlüyü isə 3,2 m olacaq. Keçid xidməti otaqla və təhlükəsizlik kameraları ilə təchiz olunacaq.



Piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun, texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilir.

Qeyd edək ki, keçiddə fiziki qüsurli insanların hərəkəti üçün panduslar quraşdırılacaq.






Xəbəri paylaş

6588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___