Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sarı gəlin"i "O səs Türkiyə"də belə oxuyan olmamışdı - VİDEO
Tarix: 17-12-2016 | Saat: 10:16
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

"Sarı gəlin"i "O səs Türkiyə"də belə oxuyan olmamışdı - VİDEO



Bu gün daha bir azərbaycanlı "O səs Türkiyə"də uğurla çıxış edib.

"Xəbəraz.az " bildirir ki, Mehman Tağıyev "Sarı gəlin" xalq mahnısını ifa edərək bütün münsifləri özünə döndərməyi bacarıb. Gənc ifaçı mahnıya muğamla giriş edib. Hadisə onun ifasını "Sarı gəlin"in indiyə qədərki ən yaxşı performansı" adlandırıb. Digər münsiflər də Mehmanın səsini yüksək qiymətləndiriblər.

Tamaşaçıların xahişi ilə o, mahnını bir daha oxuyub. Həmyerlimiz sonda Sibel Canı seçərək onun komandasına daxil olub.

Qeyd edək ki, Acun İlıcalının aparıcılığı ilə TV8-də yayımlanan səs yarışmasının münsiflər kürsüsündə Hadisə, Sibel Can, Murad Boz, Hakan və Gökhan Özoğuz qardaşları oturur.

Xatırladaq ki, M.Tağıyev "Azərbaycanın Səsi" yarışmasının qalibidir. Gənc ifaçı ATV-də yayımlanan proqramda əməkdar artist Elza Seyidcahanın tələbəsi olub.



Xəbəri paylaş

7288 dəfə oxunub.

Digər xəbərlər
4-10-2017, 11:28 Atəşkəs yenə pozuldu

bütün xəbərlər
____ Instagram ___