Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səkkiz uşaq atası olan neftçi - Qardaşı ilə birgə itkindir...
Tarix: 15-12-2016 | Saat: 14:55
Bölmə:Karusel / Gündəm | çapa göndər

Səkkiz uşaq atası olan neftçi - Qardaşı ilə birgə itkindir...

Xəbər verdiyimiz kimi ,bu gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

Yayılan məlumata görə, baş verən hadisə nəticəsində itkin düşən neftçilərdən birinin cəsədi tapılıb. Həmin şəxsin operator Cavid Bəhramov olduğu bildirilir.

"Xəbəraz.az "xəbər verir ki, itkin düşən neftçilərdən 5-i Ələt qəsəbə sakindir.

1.Zülfüqarov Güloglan Hacıbala oğlu 23 dekabr 1965-ci ildə anadan olub. Səkkiz uşaq atasıdır.

Həyat yoldaşı: Zülfüqarova Tamara İsmayıl qızı – 02.10.1967
Oğlu – Zülfüqarov Pərvin Güloğlan oğlu – 30.06.1988
Oğlu – Zülfüqarov Elvin Güloğlan oğlu – 06.09.1990
Oğlu – Zülfüqarov Etibar Güloğlan oğlu – 05.12.1991
Oğlu – Zülfüqarov Elçin oğlu – 28.11.1993
Oğlu – Zülfüqarov Şahid Güloğlan oğlu – 25.02.1996
Qızı – Zülfüqarova Ülkər Güloğlan qızı – 30.01.1999
Qızı – Zülfüqarova Günel Güloğlan qızı – 23.05.2001
Qızı –Zülfüqarova Şəfəq Güloğlan qızı–26.09.2003(hipertoniya xəstəsi)

2.Zülfüqarov Azay Hacıbala oğlu 8 avqust 1971-ci ildə anadan olub. İki uşaq atasıdır.

Həyat yoldaşı- Zülfüqarova Çimnaz Qaraş qızı – 28.08.1977
Oğlu - Zülfüqarlı Süleyman Azay oğlu – 22.08.2013
Oğlu - Zülfüqarlı Amin Azay oğlu – 30.12.2014

Faciə nəticəsində itkin düşən neftçilərdən ikisi - Zülfüqarov Güloglan Hacıbala oğlu və Zülfüqarov Azay Hacıbala oğlu qardaşdırlar. G.Zülfüqarovun əkiz qardaşının adı Çingizdir.

3.Qafarov İlham Əlihüseyn oğlu 6 mart 1967-ci ildə Ələt qəsəbəsində dünyaya gəlib. 3 uşaq atasıdır.

Həyat yoldaş –Qafarova Rəsmiyyə Şərif qızı- 06.03.1967
Oğlu – Qafarov İsmixan İlham oğlu – 17.08.1984
Oğlu – Qafarov Orxan İlham oğlu- 31.01.1991
Qızı – İsayeva Xumar İlham qızı – 25.01.1987 (evlidir, 2 uşağı var)

4. Bəhrəmov Cavid Ayatxan oğlu 23 sentyabr 1967-cı ildə anadan olub. 3 uşaq atasıdır.

Həyat yoldşaı – Bəhrəmova Nüşabə Habil qızı- 20.05.1969
Oğlu – Bəhrəmov Xalid Cavid oğlu – 30.12.1995
Qızı – Babayeva Müşərrəf Cavid qızı – 06.06.1990 (evlidir)
Qızı –Bədəlova Aysel Cavid qızı – 24.01.1992 (evlidir)

5. Əsədov Samir Atabala oğlu 4 yanvar 1979-cu ildə Ələt qəsəbəsində doğulub. 3 uşaq atasıdır.

Həyat yoldaşı - Əsədova Mərziyyə Əliyusif qızı – 09.08.1983
Qızı – Əsədova Həcər Samir qızı – 18.12.2006
Qızı – Əsədova Simarə Samir qızı – 15.02.2005
Oğlu – Əsədli Cavid Samir oğlu – 29.11.2012 qafqazinfo


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
19-11-2017, 12:09 Sabah üçün HAVA PROQNOZU
29-12-2022, 15:28 CÜTLÜK CİNAYƏTKAR!

bütün xəbərlər
____ Instagram ___