Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Zəng etdilər ki, oğluna güllə dəyib" - Kürdəmirdə qətl - VİDEO
Tarix: 14-12-2016 | Saat: 17:53
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Zəng etdilər ki, oğluna güllə dəyib" - Kürdəmirdə qətl -  VİDEO


17:48

Kürdəmirin Sovla kənd sakini ehtiyatsızlıqdan öz həmyerlisini qətlə yetirib.

"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, hadisə kənd sakinləri Anar Şirməmməd oğlu Xəlilov və Saleh Məmməd oğlu Tağıyev ovda olarkən baş verib.

Saleh Məmmədovun silahından açılan güllə Anar Xəlilova dəyib.

Şirməmməd Xəlilov - Anarın atası: "Mənə zəng elədilər ki, belə-belə. Güllə dəyib. Arxadan açılıb. Bilmirəm təsadüfən olub, necə olub, nə olubsa, axırı olub".

Hadisə yerinə gedən kənd sakinləri Anar Xəlilovun yaralı vəziyyətdə olduğunu görüblər. Onu ov sahəsindən çıxararaq xəstəxanaya çatdırmağa çalışıblar.

Məhəmməd Tağıyev - kənd sakini: "Uzanmışdı. Götürdük qoyduq maşına. Çıxdıq gəldik".

Daha sonra təcili tibbi yardım stansiyasına daxil olan məlumat əsnasında əraziyə yollanan həkimlər xəstəyə yoldaykən yardım göstəriblər. Lakin yaralı çox qan itirdiyindən həkimlərin səyi nəticə verməyib.

Hadisəni törətməkdə şübhəli bilinən Saleh Tağıyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

----------

13:33

Kürdəmir rayon sakini güllələnib.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11 radələrində rayonun Sovla kəndində baş verib. Kənd sakini Anar Şirməmməd oğlu Xəlilov güllə yarası ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada ölüb.

İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Həmkəndlisi Saleh Məhəmməd oğlu Tağıyevlə ova gedən A. Xəlilov onun ehtiyatsızlıq nəticəsində açdığı atəş nəticəsində xəsarət alıb.

S. Tağıyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.



Xəbəri paylaş

1 2128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___