Rusiyada "quş qrupi" təhlükəsi: Azərbaycan məhdudiyyət qoydu
Tarix: 14-12-2016 | Saat: 17:39
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) 24 noyabr və 9 dekabr tarixlərində yaydığı rəsmi məlumatlarda Rusiya Federasiyasının Kalmıkya Respublikasının Yaşaltinski rayonunda iki məntəqədə və Həştərxan vilayətinin Xarabalinski rayonunda bir məntəqədə ev quşları arasında yüksək patogenli "quş qripi" (H5) xəstəliyinin yayılması barədə məlumat daxil olub.
Dövlət Baytarlıq Xidmətindən ( DBNX) verilən məlumata görə, yüksək patogenli "quş qripi" xəstəliyi qeydə alındığı üçün Rusiyanın Kalmıkya Respublikasından, Həştərxan vilayətindən, habelə risk zonasına daxil olan Dağıstan Respublikasından, Volqoqrad, Rostov, Stavropol vilayətlərindən və Çerkessk bölgəsindən Azərbaycana diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti olaraq məhdudiyyət qoyulması haqqında əmr imzalanıb.
Bundan başqa, Rusiyanın Kalmıkya Respublikasında və Həştərxan vilayətində ev quşları arasında yayılmış yüksək patogenli "quş qripi" (H5) xəstəliyi ilə bağlı Azərbaycanın bu xəstəlikdən qorunması üçün zəruri baytarlıq-sanitariya tədbirlərinin görülməsi barədə DBNX-nın müvafiq bölmələrinə tapşırıqlar verilib.
Əmrdə dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı məsələsinə Rusiya Federasiyasının Dövlət Baytarlıq Xidmətinin yükün çıxarıldığı ərazinin epizootik vəziyyəti və məhsulun sağlamlığı haqqında rəsmi arayışı olduğu təqdirdə baxılması qeyd olunub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti quşculuq təsərrüfatlarının rəhbərlərinə və əhaliyə tövsiyə edir ki, quşları baytarlıq-sanitariya tələblərinə riayət etməklə qapalı şəraitdə saxlasınlar.
Xəbəri paylaş
6178 dəfə oxunub.
Digər xəbərlər

6-03-2016, 15:23
İŞİD-in "paytaxtı"nda terrorçulara qarşı üsyan başladı
17-01-2016, 12:20
Bakıda oğurluq edən qadın anbaan kameralara düşdü - VİDEO
10-04-2015, 23:02
Bakıda hündürmərtəbəli yanıb kül oldu – FOTO + VİDEO + YENİLƏNİB
21-05-2018, 14:42
Azərbaycan-Serbiya sənədləri imzalanıb
17-02-2016, 16:34
İlham Əliyevdən yeni təyinat – FOTO
17-01-2017, 15:04
Yollarda anormallıq - Dövlət qurumu dilə gəldi - FOTO
2-04-2019, 17:12
Rövşən Almuradlı dəfn edildi
26-05-2021, 15:40
Heç vaxt gözlərinizi ovxalamayın! Ciddi göz problemlərinə səbəb olur
29-11-2015, 16:22
Qara Qarayev metrosunun cixiwinda 17/14 cu mertebesinde bu ev satılır
13-02-2017, 16:42
“Ziya Məmmədov çoxdan getməli idi”