Azərbaycanda məktəbəqədər təhsil icbari ola bilər
Tarix: 09-12-2016 | Saat: 20:04
Bölmə:Karusel / Gündəm / Təhsil / M2 | çapa göndər
Azərbaycanda məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi yüksəldiləcək.
"Xəbəraz.az "-ın Trend-ə məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi"ndə deyilir.
Qeyd olunur ki, məktəbəqədər təhsil insan potensialının inkişafına və daha keyfiyyətli insan kapitalının formalaşmasına, uzunmüddətli perspektivdə əhalinin gəlirlərinə, iqtisadi artıma və davamlı inkişafa müsbət təsir göstərir. Hazırda Azərbaycanda həmin yaşda uşaqların məktəbəqədər təhsillə əhatə olunma səviyyəsi aşağıdır. Belə ki, 1-5 yaşlı uşaqların cəmi 14 faizi məktəbəqədər təhsillə əhatə olunur. Rəsmi statistik məlumatlara görə, 2015-ci ildə Azərbaycanda 1722 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərib ki, bunlardan 1079-u körpələr evi, 631-i uşaq bağçası, 4-ü məktəb-uşaq bağçası, 8-i isə xüsusi uşaq bağçasıdır.
Məktəbəqədər təhsilin uzunmüddətli perspektivdə insan kapitalının keyfiyyətinin yüksəldilməsinə təsirini nəzərə alaraq, bu istiqamətdə stimullaşdırıcı tədbirlər həyata keçiriləcək, təlim-tərbiyə texnologiyaları təkmilləşdiriləcək. Dövlət və özəl məktəbəqədər təhsil müəssisələrinin yaradılması, bununla bağlı normativ hüquqi sənədlərin hazırlanması və qəbulu dəstəklənəcək, müasir təhsil və təlim texnologiyalarına əsaslanan yüksək ixtisaslı pedaqoqların hazırlanması ilə bağlı tədbirlər həyata keçiriləcək. Pedaqoji heyətin daha səmərəli fəaliyyət göstərməsi üçün onların sosial müdafiəsi ilə bağlı tədbirlər dəstəklənəcək.
Yol xəritəsində bildirilir ki, məktəbəqədər təhsilin icbari olması məsələsi nəzərdən keçiriləcək. İstedadın erkən yaşdan aşkar olunması, inkişafı və dəstəklənməsi üzrə sistemin yaradılması Azərbaycanın dayanıqlı inkişafı üçün vacibdir. İri şirkətlərin məktəbəqədər təhsil müəssisələri açmaq təşəbbüsləri təşviq edilə bilər. Bu, şirkətlərdə əmək məhsuldarlığının artırılması (işçilərin övladları ilə bağlı qayğılarının azaldılması, ixtisaslı qadın işçilərin bilik və təcrübəsində fasiləsizliyin qorunması yolu ilə) və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər. Sadalanan tədbirlərin həyata keçirilməsi üçün məktəbəqədər təhsilin inkişafı üzrədövlət proqramı hazırlana bilər.
Xəbəri paylaş
6998 dəfə oxunub.
Digər xəbərlər

13-11-2016, 23:23
İŞİD-in nə üçün yaradıldığı açıqlandı
4-12-2022, 11:37
Azərbaycanlı bloqer "sərvət" dəyərində lüks avtomobil aldı
16-08-2022, 16:53
Generalın köməkçisi intim videoları hansı məqsədlə çəkib? - İLGİNC
22-10-2017, 17:46
Feyxoa hansı orqanlar üçün faydalıdır?
19-07-2022, 12:16
İşdən çıxarılan icra başçısının müavini dövləti tənqid etdi: “Dövlətimə nə deyim?…”
29-01-2022, 11:51
Balaca qızı Bakıdan aparılan ayının qəfəsinə atdı
27-10-2019, 15:53
Yeniyetmə qızı erkən nikaha məcbur edən ata SAXLANILDI
16-12-2016, 01:35
Astroloji proqnoz - 16 dekabr
27-01-2016, 12:47
Bakıya gələn 15 yaşlı qız yoxa çıxdı – FOTO