Niyə üşüyürük? - Bunlara diqqət!
Tarix: 08-12-2016 | Saat: 16:21
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Bəzi insanlar hətta isti otaqda olduqda da daim üşüyür. Belə insanlardan tez-tez "soyuğa davamım yoxdur" kimi ifadəni eşitmək olur.
Səbəbsiz üşümə hər hansı xəstəliyin və ya pozulmanın simptomu ola bilər. Bu səbəbdən belə simptoma laqeyd yanaşmayın, səbəbini araşdırın.
Soyuğa davamsızlıq bu kimi xəstəliklərin və pozulmaların simptomu ola bilər:
1. Qanazlığı. Bu əsas səbəblərdən biridir.
2. Artıq çəki. Kök insanlar normal çəkisi olan insanlarla müqayisədə daha çox üşüyür. Orqanizmdə yığılmış piy damarların sıxılmasına səbəb olur ki, bu da qan dövranını pozur. Nəticədə insan tez-tez üşüyür.
3. Qalxanvari vəzi xəstəlikləri. Bu kiçik vəz orqanizmdə çox vacib funksiyaları icra edir. Bu funksiyalardan biri istiliyin mübadiləsidir. Qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi soyuğa davamsızlığa səbəb olur.
4. Arıqlamaq üçün tutulan pəhrizlər, natamam qidalanma. Bu vəziyyətdə insan qida ilə az kalori alır, bu kalorilər orqanizmi qızdırmaq üçün kifayət etmir və nəticədə insan tez-tez üşüyür.
5. Qan dövranı pozulmaları.
6. Hipotoniya (aşağı təzyiq).
7. Şəkərli diabet. Bu xəstəlik ürək-damar sistemini zədələdir ki, nəticədə qan orqanizmdə pis dövr edir, ətraflara çatmır. Nəticədə insan tez-tez üşüyür, xüsusilə ayaqlar soyuq olur, onlarda həssaslıq azalır.
8. Soyuğa qarşı allergiya. Bu nadir pozulma zamanı insanda soyuq havada dəri quruyur, qızarır, qaşınır, dodaqlar çatlayır. Belə insanlar soyuq havada hətta isti geyindikdə daim üşüyür. (saglamolun.az)
Xəbəri paylaş
7588 dəfə oxunub.
Digər xəbərlər

31-10-2018, 14:21
Hava ilə bağlı - Xəbərdarlıq
22-03-2017, 20:33
Bürclər hansı xüsusiyyətləri ilə FƏXR ETMƏYƏ LAYİQDİR?
11-06-2022, 10:29
Azərbaycanda məzunlar məktəb proqramının 42–73%-ni MƏNİMSƏMİR - DİM
29-03-2016, 12:45
Bakıda tibb bacısı özünü 7-ci mərtəbədən ataraq intihar edib
25-09-2016, 14:05
Referendumu 35 ölkə və beynəlxalq təşkilat izləyəcək
28-09-2015, 13:46
Nisə Qasımova ilə Elton barışdı
29-06-2015, 20:35
Misirin paytaxtı Qahirədə terror aktı törədilib
15-04-2015, 22:51
Avropa Mərkəzi Bankının sədrinə hücum - Video
16-08-2016, 19:22
ƏMİNƏ ŞİRİNQIZI “YETENEK AVI”da – VİDEO
30-09-2023, 18:11
Ermənistan ərazisindən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz şəhid olub