Bakıda polis mayoru ilə sevgilisi arasında qarşıdurma
Tarix: 08-12-2016 | Saat: 16:04
Bölmə:Karusel / Hadisə | çapa göndər
Polis mayorunun keçmiş sevgilisi ondan şikayətçidir.
Aynurə Yusifova adlı vətəndaş "Qafqazinfo”ya müraciət edərək Xəzər Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Anar Qafarovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək onun həyatına müdaxilə etdiyini, hədə-qorxu gəldiyini deyib.
A.Yusifova bildirib ki, mayor A.Qafarovla təxminən 5 il qeyri-rəsmi münasibətdə olub və birlikdə yaşayıb: "2014-cü ildə Anarla münasibətlərimiz soyudu və ayrılmaq istədim. O isə bunu qəbul etmədi və uşaqlarımı oğurlatdıracağını, məni öldürtdürəcəyini, üzümə kislota atıb yandıracağını dedi. Mən fikrimdə qərarlı idi, buna görə də ayrıldım. Bundan sonra Anar öz vəzifə səlahiyyətlərindən istifadə edərək şəhərin təhlükəsizlik kameralarından vasitəsilə avtomobilimin yerini müəyyən edib mütəmadi olaraq məni izləməyə başladı.
Özünə məxsus "Range Rover” markalı dövlət nömrə nişanlı avtomobillə yolumu kəsir, hərəkətdə olarkən maneə törədir, həyatıma təhlükə yaradır.
Anar Qafarov uşaqlarımı məktəbə aparan sürücünü də təqib etdirir, buna görə 10 yaşlı oğlum neçə vaxtdır qorxusundan məktəbə getmir. Gecə saat 4-5 radələrinə evimizə zəng edərək bizi narahat edir, qorxudur. Bir neçə dəfə cibindən bıçaq çıxararaq bizi hədələyib. Saxta etibarnamə ilə bizim telefon nömrələrimizdən edilən zəngləri və mesajlaşmaları əldə edir.
Onunla bağlı Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində araşdırmalar aparılsa da, heç bir nəticəsi olmadı. Anar Qafarov kimlərinsə onu himayə etdiyini deyir. Xahiş edirəm, mənim və övladlarımın həyatına olan təhlükənin aradan qaldırılması üçün tədbir görülməsi barədə göstəriş verəsiniz”.
Polis mayoru Anar Qafarov məsələ ilə bağlı "Qafqazinfo”ya açıqlamasında A.Yusifovanın iddialarına münasibət bildirib.
A.Qafarov adıçəkilən qadınla 5 il yox, 4 il birlikdə olduğunu təsdiqləsə də, iddiaları qəbul etməyib: "Onu tanımışam, münasibətim olub, çörək kəsmişik, ehtiyacı olanda yardım etmişəm. Mən adam yeyənəm? Mən ona heç bir halda hədə-qorxu gəlməmişəm. Bu saat ifadə verib çıxmışam. O özü məndən əl çəkmək istəmir.
Binəqədi rayon sakini olduğu üçün 5-ci bölməyə şikayət edib. Bir neçə dəfə də gecə saat 3-də mənim Nəsimi rayonunda yerləşən evimin qabağına gələrək mənə deyirdi ki, gecənin bu vaxtı hardan gəlirsən, qız yanına getmişdin? Hay-küy salırdı, sonra da 102-ə zəng edib şikayət edirdi. O işlə bağlı da ifadə verdim, dekabrın 1-də Nəsimi rayon prokurorluğu cinayət işinin başlanmasını rədd etdi.
O, iyun ayında məndən şikayət edib, mən isə may ayında cəzalandırılmışam, bu isə öz işimdəki xətama görə olub. Bu məsələdən cənab nazirin də xəbəri var.
Mən hansı vəzifə səlahiyyətlərimdən sui-istifadə etmişəm? Onun maşını saxlatdırmışam, "prava”sını yazmışam, cərimə meydançasına aparmışam? Mənim vəzifə səlahiyyətlərim bunlardır, heç nə də etməmişəm”.
Xəbəri paylaş
1 0038 dəfə oxunub.
Digər xəbərlər

17-07-2016, 21:39
TƏCİLİ 2 otaqlı həyət evi satılır
21-09-2019, 12:41
Azərbaycanda hicablı qadın narkotiklə tutuldu - FOTO
24-03-2017, 11:35
Sosial şəbəkədə canlı yayım aparan qız FACİƏYƏ səbəb oldu: özü öldü, 6 nəfər yaralandı - VİDEO
28-08-2016, 00:07
Yol polisləri reydə dəvam edir - FOTOLAR
17-10-2018, 10:02
"Bizim sənin kimi oğullara ehtiyacımız var" - Namus üstündə 39 il həbs yatan Cahangir
26-01-2017, 12:34
Dəyanət Rzayevin ölüm səbəbi DƏQİQLƏŞDİ - CƏNAZƏ AİLƏSİNƏ VERİLİB-FOTO
12-10-2019, 11:28
Türkiyə haqda fikir bildirdi, dəfələrlə üzr istədi - Video
3-05-2020, 07:39
Rusiyanın xalq artisti koronavirusa yoluxdu
20-09-2022, 11:00
Millət vəkilindən Ancelina Coliyə bənzədilməsi ilə bağlı AÇIQLAMA
10-02-2020, 12:01
Göygöldə ölən namizəd vəkilinin oğlundan MÜRACİƏT - VİDEO