Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evin kişisini öldürüb həyətdə toy etdilər - NEFTÇALADA
Tarix: 07-12-2016 | Saat: 16:44
Bölmə:Karusel / Hadisə | çapa göndər

Evin kişisini öldürüb həyətdə toy etdilər - NEFTÇALADA

Neftçala rayonunda 3 il əvvəl törədilmiş dəhşətli qətlin təfərrüatı məlum olub.

"Xəbəraz.az "-ın lent.az-a istinadən məlumatına görə, rayonun Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Heybətov Aydın Dəmir oğlunun ailə üzvləri tərəfindən münaqişə zəminində qətlə yetirilməsi üzə çıxıb. Məlum olub ki, A.Heybətovu oğlu, 1992-ci il təvəllüdlü Emil güllələyərək öldürüb. Emil atasına iki dəfə atəş açaraq onu qətlə yetirib və daha sonra anası Tükəzban və bacısı ilə birgə meyiti həyətdə yandırıb. Onlar yanmış meyitin qalıqlarını kisələrə yığaraq evlərinin yaxınlığından keçən Kür çayına atıblar.

Hadisənin baş vermə səbəbinə gəlincə, məlum olub ki, A.Heybətovun qızı nişanlı imiş. Həmin ərəfədə ailənin yaxın qohumlarından biri vəfat etdiyi üçün A.Heybətov toyun yubadılmasını istəyib. Lakin oğlan tərəfi, eləcə də ailə üzvləri onun təklifi ilə razılaşmayıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib və tez bir zamanda toy edib qızı köçürmək istəyən qadın əri ilə dalaşıb. Münaqişəyə ailənin kiçik oğlu Emil də qoşulub və o, tüfənglə atasını güllələyərək qətlə yetirib. Daha sonra Emil anası və bacısı ilə birgə izi itirməyə çalışıb.

Maraqlıdır ki, A.Heybətovun qətlindən sonra ailə üzvləri qohum-qonşuya onun gah acıq edib evdən getdiyini, gah da Mahaçqalaya işləməyə getdiyini deyib. Onlar qətl hadisəsindən bir neçə gün sonra toyun dəvətnamələrini də paylayıblar. A.Heybətovun toyda iştirak edib-etməyəcəyini soruşanlara isə onun sərhəddən buraxılmadığını, tezliklə gələcəyi və özünü toya çatdıracağını deyiblər.

Bildirilir ki, hadisədən və qızın toyundan sonra ailə üzvləri kəndi tərk edərək Bakıya köçüb.

Oğlundan xəbər çıxmadığını görən A.Heybətovun atası Dəmir Heybətov şübhələnməyə başlayıb. O, oğlunun avtomobilinin həyətdə qaldığını, oğlunun kimləsə əlaqə saxlamadığını görərək polisə müraciət edib.

Qeyd edək ki, qətl hadisəsi 2013-cü ilin may ayına, toy iyun ayına, polisə müraciət isə iyul ayına təsadüf edib. Balıq alveri ilə məşğul olan Aydın Heybətovun ailə üzvləri tərəfindən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanılıb. Onun həyat yoldaşı və oğlu ilə yanaşı qızı da polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

----------

12:59

Neftçala rayonunun Yuxarı Qaraimanlı kəndində 3 il əvvəl itkin düşmüş kişinin meyidi öz həyətində basdırılıbmış.

"Xəbəraz.az "virtualaz.org-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində 55 yaşlı Heybətov Aydın Dəmir oğlunun ailə münaqişəsi zəminində 2013-cü ilin iyul ayında qətlə yetirilərək, meyidinin həyətdə yandırıldığı və yerdə qalan hissələrinin Kür çayına atıldığı məlum olub.

Qətli törətməkdə Aydın Heybətovun ailə üzvləri -həyat yoldaşı Tükəzban və 2 övladı şübhəli bilinərək saxlanılıblar.

3 il ərzində Aydın Heybətovu soruşanlara ailəsindən Moskvaya "çörək pulu qazanmağa" getdiyi deyilirmiş. Amma mərhumun atası Dəmir kişinin təkidli şikayətlərindən sonra cinayətin üstü açılıb.

Qeyd edək ki, qətlindən bir həftə sonra Aydın Heybətovun qızının toyu olub.

Hazırda faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi qaldırılıb.


Xəbəri paylaş

8718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___