Deputatdan unikal təklif: Sosial yardım dayandırılsın və...
Tarix: 07-12-2016 | Saat: 16:27
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Milli Məclisin növbəti plenar iclası işə başlayıb.
"Xəbəraz.az " xəbər verir ki, iclasda deputatlar və hökumət nümayəndələri 2017-ci ilin büdcə zərfini müzakirə ediblər.
Qeyd edək ki, büdcə zərfinə “2017-ci il dövlət büdcəsi haqqında”, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında”, “2017-ci il üçün yaşayış minimumu haqqında”, “2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqında” və “Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında” qanun layihələri daxildir.
Millət vəkili Musa Quliyev bildirib ki, gələcəkdə daha geniş büdcə tərtib etməkdən ötrü büdcənin artırılması barədə düşünməliyik: “Bu yol qeyri-neft sektorunun inkişafı yoludur. Büdcədə sosial xərclər 40,3 faiz təşkil edir və ötən illə müqayisədə yüksəkdir. Yığcam büdcədə sosial xərclərini artırılması vətəndaşın sosial rifahda yaşamasını təmin edəcək”.
Daha sonra M.Quliyev maraqlı təkliflə çıxış edib. O bildirib ki, ünvanlı sosial yardım proqramından imtina etməyin vaxtı gəlib çatıb: “Çünki nə qədər şəffaflıq təmin edilsə də, ünvanlı sosial yardımların ayrılmasına insanlar qərar verir, başqa sözlə desək, burda insan faktoru var və subyektivlik qaçılmazdır. Ona görə də ünvanlı sosial yardımlar bəzən ünvanına, ehtiyacı olanlara çatmır”.
Millət vəkili ünvanlı sosial yardımın bir keçid dövrü olduğunu xatırladaraq, artıq yeni mərhələyə başlamağın vacibliyinə toxunub: “İşsizliyə görə, məktəb yaşına qədər uşaqlara görə yeni müavinət növü müəyyən olunmalı, əlillərin və pensiyaçıların pensiyaları yaşayış minimumuna çatdırılmalıdır. Beləliklə də bu sosial əhəmiyyət daşıyan lahiyəni daha uğurlu formada tətbiq etmək olar. Hesab edirəm ki, hökumət bu barədə düşünməlidir”.
Xatırladaq ki, ünvanlı sosial yardımların bəzi ehtiyacı olan ailələrə çatmaması barədə ötən iclasda da millət vəkilləri fikirlər səsləndirmişdilər.
Xəbəri paylaş
8988 dəfə oxunub.
Digər xəbərlər

15-04-2016, 12:57
Oqtay Əsədov: "Biz müharibə aparmamışıq..."
5-07-2016, 19:08
İranda qaz partladı: 13 ölü, 11 yaralı
5-10-2018, 14:15
24 illik arvadını gənc oğlanla yazışarkən tutdu, hamamda çılpaq yaxaladı və... - Azərbaycanda DƏHŞƏT
13-05-2019, 13:00
Azərbaycanda ucuzlaşan və bahalaşan məhsulların SİYAHISI
5-06-2019, 11:29
Azərbaycanda Ramazan bayramı qeyd olunur
25-03-2016, 20:00
Məşhur cütlük boşandı - FOTO
4-09-2022, 12:31
Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutuldu
18-09-2015, 12:16
Ən çox “vorzakon” yetişdirmiş ölkələr – STATİSTİKA