Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı
Tarix: 07-12-2016 | Saat: 15:17
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda nazirlik əməkdaşının evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlandı


Azərbaycan Ədliyyə Nazirliyinin əməkdaşının Bakıda yerləşən evindən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Çiçək qəsəbəsi 16/316 nömrəli evdə baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Məlikzadə Hamiz Hümmət oğlu günorta saatlarında işdə olduğu zaman naməlum şəxs və ya şəxslər onun evinin plastik pəncərəsini sıxıb açmaqla içəri daxil olublar. Oğrular evdən 30 000 manat, 8 000 dollar və dəyəri 10 000 manat olan qızıl-zinət əşyaları aparıblar.
Nazirlik əməkdaşı oğurluq faktını işdən evə qayıtdıqdan sonra öyrənib. O, hadisə ilə əlaqədar Binəqədi Rayon Polis İdarəsinə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, H.Məlikzadə Ədliyyə Nazirliyinin əməkdaşıdır.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___