Qar sürücülərə çətin anlar yaşatdı - Yollar buz bağladı - VİDEO
Tarix: 06-12-2016 | Saat: 19:46
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Hava şəraitinin kəskin dəyişməsi Şamaxını qarın əsirinə çevirib. Bu ərazidən keçən magistral yollar buz bağlayıb, bir neçə kəndə gediş - gəlişdə problemlər yaşanıb.
"Xəbəraz.az " ARB Şəki-yə istinadən xəbər verir ki, bəziləri qar-buz səbəbi ilə yolda qalıb. Əsas magistrallarda axşam saatlarında vəziyyətin təhlükəli hal alacağı ehtimal olunur. Odur ki, bu yoldan istifadə etməli olan sürücülər diqqətli və ehtiyatlı olun!
Bakı-Şamaxı - İsmayıllı magistralı, Şamaxı-Ağsu dolayları qar və şaxtalı hava səbəbindən buz bağladı. Magistrallarda səhər saatlarında yaranan buzlaşma yol idarəsinin köməkliyi ilə aradan qaldırılıb. Yolda avtomobillərin hərəkətində hələlik hər hansı bir problem yaşanmayıb. Axşam saatlarında şaxtalı hava səbəbindən yollar buz bağlayacaq. DYP idarəsi isə təhlükəli vəziyyətlə əlaqədar sürücülərə xəbərdarlıq edib. Qarın əsas çətinlik yaratdığı Şamaxı-Pirqulu yolu isə sürücülər üçün keçilməz olub. Sözügedən yolda səhər saatlarından buzlaşma müşahidə olunub. Yola qum duz qarışığı tökülsə də, təkrar şaxtalı hava yolda buzlaşmaya səbəb olub.
Hazırda Qaleybuğurd, Dəmirçi, Zarat, Pirbəhli və Qızmeydan kəndlərinə gedən yolda buzlaşma səbəbindən hərəkətə qısa fasilələrlə məhdudiyyət qoyulub. Nağarxana kəndindən bəzi sürücülər geri qayıtmaq məcburiyyətində qalıb. Dağlıq kəndlərə 30-40 santimetr qar yağıb. Hazırda kənd yollarının bağlanmaması üçün yola qum-duz qarışığı səpilir. Şaxtalı havanın davam edəcəyi proqnozlaşdırılır.
Xəbəri paylaş
8358 dəfə oxunub.
Digər xəbərlər

3-07-2020, 13:17
Azərbaycanlı model yarımçılpaq şəkillərini paylaşdı- FOTOLAR
19-08-2015, 15:02
Azərbaycanda Temperatur 5-8 dərəcə aşağı enəcək.
5-09-2016, 17:59
Aygünlə Rəhim dodaq-dodağa - VİDEO
12-06-2023, 12:30
Bu il milyoner olacaq bürclər - Cibləri pulla dolub-daşacaq
15-04-2017, 16:26
Hakimi öpdü, qulağını dişlədi - ömürlük cəzalandı -VİDEO
9-04-2018, 10:35
1-2 sot soyunmaq, kənarda qalan Üzeyir Hacıbəyli, filarmoniya rəqqasəsi Fatimə - HƏFTƏBECƏR
29-11-2019, 22:33
Bakıda ev yandı - iki azyaşlı zəhərlənərək öldü
6-08-2019, 10:43
Həyat yoldaşını qumara qoyan şəxs onu uduzdu