Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beyin gücünü artırmaq üçün bunları edin - YOLLARI
Tarix: 06-12-2016 | Saat: 15:12
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Beyin gücünü artırmaq üçün bunları edin - YOLLARI


İnsan beyni gün ərzində minlərlə məlumat toplayır. Bu məlumatları istifadə etmək üçün beyin yaxşı işləməlidir. Sizi beyin sağlamlığınızı gücləndirməyin yolları ilə tanış edirik.

Gündəlik məşqlər edin. Bu, konsentrasiya və analitik bacarığınızı inkişaf etdirər. Bunun üçün...

Az istifadə etdiyiniz passiv əlinizlə dişlərinizi fırçalayın
Passiv əlinizlə nəsə yazmağa, çəkməyə çalışın
Altyazılı xarici film izləyin
Sehrbazlıq oyunları öyrənin
Hər gün getdiyiniz yerlərə fərqli yollardan getməyə çalışın


Motsartın əsərlərini dinləyin. Müəyyən bir musiqi janrı dinləmək, beyninizin məhsuldarlığını 15% artırır. Bunun üçün iş gününə başlamazdan əvvəl 20-30 dəqiqə Motsartın bəstələrini dinləyin. Bu, sizi həm sakitləşdirəcək, həm də bədən ritminizi artıracaq.

Zehninizi gücləndirin. Zərlə oynanılan oyunlar xatırlama qabiliyyətinizi artıracaq. Bunun üçün 3-4 zəri əlinizə alın və atın. Bunu bir neçə dəfə təkrar edin. Hər dəfə də zərlərin nömrələrini yadda saxlamağa çalışın. Bu oyunu gündə 5-7 dəqiqə oynaya bilərsiniz. Daha sonra yavaş-yavaş zərlərin sayını artırın.

Gündə 7-8 saat yatın. Beynin orta hesabla 7-8 saata qədər yuxuya ehtiyacı var. Yuxu əsnasında bədəni təşkil edən melatonin hormonu qaranlıqda canlanır. İşıqda isə kortizol hormonu istehsal olunur ki, yuxu istəyi yaradaraq depressiyaya səbəb olur. Ona görə də əgər otağınız qaranlıqdırsa və yaxşı havalandırılıbsa, beyniniz rahatlayacaq və 30%-ə qədər daha sürətlə güc toplayacaq.

Ağıl oyunları oynayın. Domino, poker kimi oyunlar beyni sürətli işlədən oyunlardır. Yaradıcı və məntiqli düşünmənizi inkişaf etdirər. Fikirləşmə gücünüzü gündə 10% artırar. Ona görə də bu oyunlardan birini həftədə 2-3 dəfə oynayın. Hər dəfə çətinlik səviyyəsini artırın. Konsentrasiya və düşünmə gücünüz 1 həftə sonra gözlə görüləcək formada inkişaf edəcək.

Beyniniz üçün xüsusi menyu hazırlayın

Müəyyən qida məhsulları beynin məhsuldarlığını artırır. Balıq, qara şokolad, pendir, zeytun yağı, qırmızı turp, lobya, sarımsaq, əncir, ispanaq, banan, xüsusilə alma suyu və bildirçin yumurtasından çox istifadə edin.

Sağlamlığınızı nəzarət altında saxlayın

Qandakı xolesterol ilə şəkər səviyyəsi normal olduqda beyin yaxşı işləyir. Ona görə də daimi olaraq sağlamlığınıza nəzarət edin.

Pifaqor nəzəriyyəsindən bəhrələnin

Zehninizi maksimum səviyyədə inkişaf etdirəcək bu iş məlumatları daha yaxşı yadda saxlama və ehtimal etmə gücünüzü artıracaq. Ona görə də günün sonunda, əhəmiyyətli hadisələri, müsbət və mənfi duyğularınızı ifadə edərək mütləq yazın. Nə etməyi planlaşdırdığınızı, nə etdiyinizi də bura əlavə edin. Müsbət duyğularınızı artırmaq üçün nələr edəcəyinizi analiz edin və ertəsi gün bu qeydlərinizə baxın. Vaxt keçdikcə beyniniz bir çox hadisəni həftələrlə, hətta aylarla xatırlayacaq və onlar üçün ən yaxşı qərarları qəbul edəcəksiniz.

Beyin vitamin kokteyli tələb edir

Beyni vitaminlə möhkəmlətmək beyin gücünü 10 % artırar. C, D və B qrup vitaminləri qəbul edə bilərsiniz. C vitamini meyvələrdə, B vitamini paxla, quru paxlalılarda, D vitamini yumurta və qaraciyərdə var.

Çoxlu kitab oxuyun

Kitab oxumaq söz xəzinəsini artırır, həssaslıq duyğusunu inkişaf etdirir və düşüncə gücünü 15% artırır. Hər həftə fərqli kitablar oxuyun. Fərqli əsərlər, klassikləşmiş, işinizlə, mütəxəssisi olmaq istədiyiniz mövzuyla əlaqədar, şeir, sevgi, uşaq kitabları oxuya bilərsiniz.

İdman edin

İdman etmək beyni gücləndirir, bədənin işini düzgün formada təmin edir. Eyni zamanda qan dövranını nizamlayır. Həftənin 2 və ya 3 gününü ən az yarım saat idman edin.

Nikotindən uzaq durun

Nikotin qəbulu beynin funksiyalarını 20%-ə qədər aşağı salır. Ona görə də siqaret çəkməyi tərgidin. Bundan sonra beyninizin normal funksiyalara qayıtması üçün 6 ay lazımdır.

Sosiallaşmaq beyinə yaxşı təsir edir

Bədən yeni insanlar tanımağı, dostlarla vaxt keçirməyi çox sevir. Sosiallaşmaq sizi yeni məlumatlarla təmin etdiyi kimi, beynin funksiyalarını da 10% yüksəldir. Ona görə də davamlı mənfi danışan insanlardan uzaq durun. Amma hər gün fərqli insanlarla ünsiyyət halında olun. Bu zaman isə sizdən daha ağıllı olanları seçin.

Beyin günəş vannası qəbul etməyi sevər

Günəş şüaları qan dövranını nizamlayır, D vitamini və serotonin hormonu ifraz edir və sizi daha ağıllı, xoşbəxt edir. Günəş şüaları buludların arxasından da sizə mütləq çatır. Amma şüalar pəncərlərinizə keçə bilməyəcəyi üçün çölə çıxıb təmiz hava qəbul etməyinizdə fayda var.

Beyin üçün ən yaxşı məşq sevgidir

Eşq, sevgi yaradıcılığı və düşüncə gücünü daha aktiv hala gətirir. Stressin öhdəsindən gəlməyinizə kömək edir, sizi xoşbəxt edər. Ona görə də gündə 1 saatınızı sevdiklərinizə ayırın. Sevdiklərinizin söhbətlərini dinləyin, onları qucaqlayın, gülərüzlü olun və birlikdə nəsə edin. Bundan zövq almağa çalışın. lent.az


Xəbəri paylaş

8578 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___