Bakıda toyda törədilmiş qətllə bağlı yeni xəbər - AŞIQ ƏLİ DƏ ORADA OLUB
Tarix: 05-12-2016 | Saat: 18:35
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Dünən axşam saatlarında Bakının Qobustan qəsəbəsində törədilmiş qətllə bağlı bəzi məqamlar aydınlaşıb. Açıqlama verən tanınmış saz ifaçısı Aşıq Əli (Tapdıqoğlu) qətlə yetirilən şəxsin onun uzaq qohumu, eləcə də çox yaxın dostu olduğunu deyib. Sənətçi bildirib ki, o, özü də dünən keçirilən toyda olub: "Yaxın dostumuzun övladının sünnət toyu idi. Hamımız iştirak edirdik. Hadisə vaxtı mən zalda olmuşam, xəbərim olmayıb".
Dostlarının bildirdiyinə görə, Fəxri Kərimovla Vüsal Nemətov bir-birlərini əvvəldən tanıyıblar və onlar arasında xırda münaqişə var imiş. Məhz həmin məsələ dünənki toyda tanışlar arasında münaqişə yaranmasına səbəb olub və V.Nemətov özündən 10 yaş böyük həmyerlisini bıçaqlayaraq qətlə yetirib.
Artıq V.Nemətov saxlanılıb.
Qeyd edək ki, F.Kərimov neft şirkətində işləyirmiş.
*****
11:20
Dünən Bakı şəhərinin Qaradağ rayonunda toy mərasimində qətlə yetirilən 37 yaşlı Fəxri Kərimovun neft şirkətində işlədiyi məlum olub. "Xəbəraz.az "-ın məlumatına görə, Qobustan şadlıq evində yerli sakinlərdən birinin oğluna keçirdiyi kiçik toy məclisində F.Kərimovla 27 yaşlı Vüsal Nemətov arasında narazılıq baş verib. Daha sonra onlar mübahisəni yoluna qoymaq üçün zaldan çıxaraq şadlıq evinin qarşısına gəliblər. Burada Vüsal özündən 10 yaş böyük olan Fəxrini bıçaqlayıb.
Qobustan sakinləri hər iki şəxsin qəsəbədə sakit adam kimi tanıdıqlarını, onların nə üstündə mübahsiə etdiklərini bilmədiklərini deyiblər. F.Kərimov bu gün dəfn ediləcək.
Qeyd edək ki, Report F.Kərimovun Aşıq Əlinin qohumu olması barədə məlumat yayıb.
*****
9:20
Bakıda toy mərasimində qətl törədilib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayonun Qobustan qəsəbəsindəki “Qobustan” şadlıq evində keçirilən mərasimə qonaq kimi dəvət olunmuş 1989-cu il təvəllüdlü Vüsal Ağa oğlu Nemətov aralarında yaranmış şəxsi münaqişə zəminində 1979-cu il təvəllüdlü Fəxri Kamal oğlu Kərimovu bıçaqlayıb. F. Kərimov aldığı xəsarətdən hadisə yerində ölüb. V. Nemətov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
Xəbəri paylaş
8848 dəfə oxunub.
Digər xəbərlər

4-08-2016, 21:13
Rio-2016: Yığmanın hər şeyi oğurlandı
22-05-2016, 19:22
Həlak olan pilotlarımız dəfn edildi - Video
8-06-2021, 18:07
Norveçli Samirəyə görə Bakıya gəlir - "Adətlərimiz fərqlidir, bir-birimizi tanımalıyıq"
17-03-2016, 12:01
Bağça müdirəsi valideynin qisasını 4 yaşlı körpədən alır?-FOTO
15-01-2023, 12:24
Nəsimi rayon icra hakimiyyətinin əməkdaşı tikinti üçün vətəndaşdan rüşvət tələb edir - ŞOK SƏS YAZISI
3-05-2016, 11:52
DİN xüsusi əməliyyat keçirir - Həbslər var
23-02-2016, 21:00
Ağciyəri təmizləyən 6 qida: siqaret çəkənlərin nəzərinə!
16-02-2017, 21:20
Bakının mərkəzində tükürpərdən mənzərə - “kley” iyləyən uşaqlar - VİDEO