Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərəb şeyxinə ərə gedən Zeynəb atasına "Porche", özünə 300 minlik qolbaq...
Tarix: 05-12-2016 | Saat: 18:24
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Ərəb şeyxinə ərə gedən Zeynəb atasına "Porche", özünə 300 minlik qolbaq...


Xəbər verdiyimiz kimi, Azərbaycanın tanınmış bədii gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktumun qardaşı oğlu Şeyx Səid Əl Məktuma ərə gedib.

Gimnastın adının açıqlanmasını istəməyən qohumlarından biri deyib ki, Zeynəb kasıb bir ailənin yeganə övladı olub. Gimnastika ilə məşğul olan xanım idmançı özünə idman zalı açmaq istəsə də, imkanı olmadığı üçün bu arzusunu reallaşdıra bilməyib.

Sosial vəziyyəti yaxşı olmayan gimnast çalışmaq üçün Qəbələyə üz tutub. Zeynəb orada nazir oğluna məxsus olan ofislərin birində öz peşəsinə tamam yad olan sahədə işləməyə başlayıb.
Zeynəb ərəb şeyxi ilə də məhz burada tanış olub. Belə ki, ov üçün Qəbələyə gələn əmir Məhəmməd Zeynəblə tanış olub. Bir müddət internet üzərindən danışan cütlük sonda bir-birinə aşiq olublar və şeyx Zeynəbə evlənmək təklifi edib. Zeynəb də ona “hə” deyib.

Mənbənin dediyinə görə, Zeynəb ailə qurduqdan sonra atasına sürprizlər edib. Belə ki, atasına bahalı maşın salonlarının birindən zəng etdirərək ora çağıran qız atasına ən son model “Porshe” maşın hədiyyə edib. Şeyx eyni zamanda Zeynəbin ailəsinə Bakının mərkəzində yeni tikilidə ev alıb, evin dizaynı üçün xaricdən xüsusi dizaynerlər gətirilib. Zeynəbgilin ailəsi bu vaxta qədər Əhmədli qəsəbəsində yaşayırmış.

Ərəb Şeyxinin Zeynəb və ailəsinə hədiyyələri bununla da kifayətlənmir. O Zeynəbə toyunda 300 minlik qızıl qolbaq da hədiyyə edib.

Qeyd edək ki, azərbaycanlı idmançı ərəb şeyxi ilə ailə qurub. Zeynəb şeyxin 3-cü arvadıdır. Ərəb şeyxi ilə ailə quran Zeynəbin bir qızı da dünyaya gəlib. Bu xəbəri ilk olaraq “Qafqazinfo” saytı özəl mənbələrə istinadən yayıb.


Xəbəri paylaş

2 4418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___