"Günəşli"də həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı-FOTOLAR
Tarix: 03-12-2016 | Saat: 21:10
Bölmə:Karusel / Gündəm / M2 / Foto-fakt | çapa göndər
Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, mərasimdə Pirallahı rayonunun rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər. Həlak olan neftçilərin yad edilib, həlak olan neftçilərin ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtük götürülüb, önünə gül çələngi qoyulub.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Təcrübəmdən bilirəm ki, neftçilərin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişi gözəl söz deyil, bu, bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”.
R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”.
Xəbəri paylaş
8628 dəfə oxunub.
Digər xəbərlər

23-10-2018, 11:50
Bakıda avtobus 20 yaşlı qızı vurub öldürdü-Sürücü narkoman imiş
4-05-2020, 20:31
Əvvəl koronavirus, indi də ölümcül arılar...
25-10-2016, 11:12
Qumar oyunları : 8228 getdi, 5353 gəldi
2-10-2016, 12:56
Argentina dünya çempionu oldu
31-05-2018, 22:13
“Aİ-92” markalı benzinin istehsalı dayandırılır
31-03-2018, 12:17
"Bozbash pictures"in "Ağsaqqal"ı evlənir - FOTO
10-02-2023, 13:45
Vilayət Eyvazov polis rəisini vəzifədən kənarlaşdırdı
29-07-2016, 12:37
Məhkəmədən QƏRAR! ANS daha efirdə olmayacaq - TƏCİLİ
31-08-2021, 10:45
Bu şəxslərin "Instagram"dan istifadəsi QADAĞAN EDİLƏCƏK
2-06-2018, 11:09
Türkiyədə “Uber” qadağan edildi