Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Çavuşoğlu: "Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq"
Tarix: 03-12-2016 | Saat: 13:27
Bölmə:Karusel / Siyasət / Dünya / Bizim seçim | çapa göndər

Çavuşoğlu: "Azərbaycanda FETÖ-yə qarşı həyata keçirilən tədbirləri alqışlayırıq"


Azərbaycana son səfərimdən sonra Türkiyədə hərbi çevriliş cəhdi oldu.
"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycanda işgüzar səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M.Çavuşoğlu çətin vaxtında Türkiyəyə verdiyi dəstəyə görə Azərbaycana, prezident İlham Əliyevə təşəkkür edib: "Qardaşlıq çətin günlərdə üzə çıxır. Biz bunu heç vaxt unutmayacağıq. FETÖ-nün üzünü bir daha gördük. FETÖ-yə qarşı Azərbaycanda həyata keçirilən tədbirləri alqışlayırıq".

Türkiyə xarici işlər naziri bildirib ki, Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir: "Bu istiqamətdə əməkdaşlığımızı daim gücləndirmək üçün çalışırıq. TANAP bizim üçün birinci dərəcəli layihədir. Öncə Azərbaycan qazı Türkiyəyə gələcək, daha sonra Avropaya ixrac olunacaq".

M.Çavuşoğlu deyib ki, üçlü formatda keçiriləcək görüşlərlə bağlı da nazir E.Məmmədyarovla müzakirələr aparıb.


Xəbəri paylaş

5328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___