DTX-nin xüsusi əməliyyatı: intim videolarla vətəndaşları şantaj edən şəxslər tutuldu
Tarix: 03-12-2016 | Saat: 12:29
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) tərəfindən vətəndaşları şantaj edən dəstə zərərsizləşdirilib.
Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, qabaqcadan əlbir olan bir qrup şəxsin gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması barədə daxil olmuş müraciətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılarkən Azərbaycan Respublikası ərazisində "reket” nəşrlər yaradıb, bu nəşrlərin jurnalistləri adı altında fəaliyyət göstərən bir qrup şəxs və onlarla şəbəkə halında əlbir olan digər şəxslərdən ibarət cinayətkar dəstənin silsilə cinayət əməlləri ifşa edilmiş, qanunsuz fəaliyyətlərinin qarşısı alınmışdır.
DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılmış, "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər müvafiq cinayətləri törətməkdə şübhəli şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmişlər. Cinayət məsuliyyətinə cəlb edilən Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar vermiş, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilmişdir.
Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xəbəri paylaş
8208 dəfə oxunub.
Digər xəbərlər

19-03-2023, 10:18
Şərab bu AĞIR XƏSTƏLİYƏ səbəb ola bilər
23-05-2023, 14:19
Bakıda 32 dərəcə isti olacaq
11-12-2018, 11:35
19 yaşlı gənc itkin düşdü
17-05-2019, 23:33
TURAL HÜSEYNOV: SUSQUNLUĞUNA SON QOYDU
7-05-2021, 20:51
Kasıbın varlanması üçün ƏN SADƏ YOL: onlar bu üsulla ZƏNGİN OLDULAR
16-02-2016, 22:47
Putin İranın müdafiə naziri ilə görüşüb
26-08-2017, 11:14
Çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
18-02-2016, 14:21
“Barselona“ məğlubiyyətsizlik seriyasının 31 oyuna yüksəltdi