Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
'Bazarstore'' ilə xanım alıcı arasında BALIQ DAVASI - VİDEO
Tarix: 02-12-2016 | Saat: 19:46
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

'Bazarstore'' ilə xanım alıcı arasında BALIQ DAVASI - VİDEO


Bakının məhşur supermarketindən alınmış ərzaq xanım alıcı ilə obyekt sahibi arasında münaqişəyə səbəb olub. Alıcı Esmiralda Şıxamirova iddia edir ki, ''Bazarstore''da ona xarab ərzaq satıblar.

"Xəbəraz.az "-ın məlumatına görə, xanım alıcı criminal.az saytına açıqlamasında bildirib ki, noyabrın 29-da ''Bazarstore''nun Əhmədli qəsəbəsindəki mağazasından ''Ağ Amur'' balığı (Belamur) alıb. Balığı evdə bişirən zaman onun xarab olduğunun şahidi olub.

Şikayətçi deyir ki, balığı qızardan zaman parçalanmağa başladı. Baxmayaraq ki, balığın pis qoxusu yox idi, amma çox acı dadırdı. Həmin balığı müayinə üçün Respublika Baytaqlıq Laboratoriyasına apararaq təhvil verib. Laboratoriyanın nəticəsi 2-3 gün ərzində bilinəcək.



E.Şıxamirova bildirdi ki, xarab hesab etdiyi balıqla bağlı mağazanı məlumatlandırıb. Qarşı tərəf ona balığın xarab olmadığını, əksinə çox dadlı olduğunu deyib.




"Azərsun Holdinq" şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov criminal.az saytına açıqlamasında bildirdi ki, şikayətçi xanım balığı alandan iki gün sonra xarab olması ilə bağlı mağazaya müraciət edib. Yoxlanıldıqdan sonra məlum olub ki, həmin məhsulda heç bir problem yoxdur.

Holdinq rəsmisinin sözlərinə görə, həmin alıcının ''Bazarstore''a qarşı tutduğu mövqedə qərəz var. Çünki heç bir laboratoriya müayinəsi olmadan aldığı balığın xarab olmasını iddia edir və ''Bazarstore''un imicinə zərbə vurur. Ona görə də, həmin xanım məhkəməyə veriləcək.

A.Səfərov əlavə etdi ki, xarab olduğu deyilən balıq məhsulundan mağazada tonlarla satılıb və heç bir şikayət gəlməyib.










8678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___