Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda kriminal nüfuza malik “Qoca”, qardaşları və atası həbs olundu -VIDEO
Tarix: 01-12-2016 | Saat: 18:19
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Azərbaycanda kriminal nüfuza malik “Qoca”, qardaşları və atası həbs olundu -VIDEO

Bərdədə ata və 3 oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqları üçün saxlanılıblar.

"Xəbəraz.az " ARB TV-yə istinadən xəbər verir ki, Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, 30 yaşlı Elgiz Məmmədov qardaşı 24 yaşlı Manaf Məmmədovla birlikdə Elçin Əliyevə narkotik maddə satarkən iş başında yaxalanıblar.

Bundan sonra Məmmədovların yaşadıqları evə baxış keçirilib. Saxlanılan şəxslərin atası 49 yaşlı Ədilxan Məmmədovun və daha bir qardaşı, 33 yaşlı Samir Məmmədovun otağından qurudulmuş marixuana aşkar edilib.

Müstəntiq Vəkil Əsgərov bildirib ki, 30 yaşlı Elgiz Məmmədov kriminal nüfuza malik şəxsdir və el arasında "Qoca" ləqəbi ilə tanınır.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.




Xəbəri paylaş

8698 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___