Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Flora Kərimova qalmaqal yaratdı: ""Tərbiyə" mükafatı da təsis edin"
Tarix: 01-12-2016 | Saat: 12:06
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Flora Kərimova qalmaqal yaratdı: ""Tərbiyə" mükafatı da təsis edin"



Azərbaycanda 4-cü “Number one” mükafatlandırma mərasimi keçirilib."Xəbəraz.az "-ın məlumatına görə, aparıcı Tural Ozanın təşkilatçılığı ilə baş tutan tədbirə şou-biznes nümayəndələri ilə yanaşı, cəmiyyətin müxtəlif sahələrini təmsil edən insanlar da qatılıb.

Mükafatlandırma ilk başlanğıcında öz axarı ilə gedirdi. Ta ki, bəzi qaliblər mükafatlarını alıb məkanı tərk edənə qədər. Belə ki, gecədə ilk mükafat ikiqat Paralimpiya, ikiqat dünya, 6 qat Avropa çempionu, eyni zamanda I Avropa Oyunlarının qalibi İlham Zəkiyevə verildi. Daha sonra şou-biznes ulduzları bir-bir səhnəyə çıxaraq öz mükafatlarını aldılar. Diplomlarını alaraq zalı tərk edənləri görən xalq artisti Flora Kərimova sonda səhnəyə çıxaraq bu sözləri dedi: “Mənim 76 yaşım var, həyat görən insanam. Ancaq mən belə bir tərbiyəsizlik görməmişəm. Mükafatı alıb, bu məkanı tez tərk edənlərə çox ayıb olsun. Burada oturanların səbrinə çox heyranam. Səbrinə yox, mədəniyyətinə, tərbiyəsinə "çox sağ ol" deyirəm. Mənim bir təklifim var. Təklifim var ki, gələn il daha bir nominasiya təsis edəsiniz. Bu nominasiyanın adını “Tərbiyə” qoyarsınız. Yenə deyirəm, ayıb olsun gedənlərə”.

Xatırladaq ki, gecədə xalq artistləri Amaliya Pənahova, Faiq Ağayev, Nazpəri Dostəliyeva, Məleykə Əsədova, Fəxrəddin Manafov, əməkdar artistlər Elza Seyidcahan, Ədalət Şükürov, müğənnilər Nadir Qafarzadə, Rəşad İlyasov, Samira Allahverdi, İlhamə Qasımova, Vüqar Muradov, Sevda Yahyayeva, Elnarə Xəlilova, Aşıq Samirə Əliyeva, rəqqasələr Fatimə Fətəliyeva, Oksana Rəsulova, prodüser Təranə Səmədova, aparıcı Tahirə Məmmədqızı, Parapsixoloq Həsən Həsrətli, stilist Samiraldo, djlər Çina, Roşka və başqaları mükafatlandırıldı.





Xəbəri paylaş

8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___