Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Pulu verməsək gedib qızının evindən yığacaqdılar mebeli" - 65 yaşlı kişinin intihar səbəbi
Tarix: 30-11-2016, 15:42 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Pulu verməsək gedib qızının evindən yığacaqdılar mebeli" - 65 yaşlı kişinin intihar səbəbi

Bu gün səhər saatlarında Bakı metrosunun "Koroğlu" stansiyasında özünü qatarın altına atan şəxs xəstəxanada müayinə olunub.

"Xəbəraz.az " xəbər verir ki, lent.az-ın əldə etdiyi məlumata görə, özünü qatarın altına atsa da xoşbəxtlik nəticəsində sağ qalan 65 yaşlı Nəsir Əhmədov Travmotologiya İnstitutuna yerləşdirilib və onun həyatı üçün təhlükənin olmadığı məlum olub.

N.Əhmədovun həyat yoldaşı Yaqut Əhmədova deyib ki, son vaxtlar ailədə ciddi maddi problemlər olub. Əvvəllər gülçülüklə məşğul olan Nəsir Əhmədov xeyli vaxtdır ki, işsizdir: "Hər gün səhər yuxudan duranda bizi də oyadardı. Bu gün dərdli-sərli çıxıb evdən, xəbərimiz olmayıb. Sonradan bildik ki, özünə nə isə edib".

Y.Əhmədova əlavə edib ki, bir müddət əvvəl qızlarını gəlin köçürüblər. Həmin vaxtdan onların borcu yaranıb: "Borcumuz əsas mebelə görədir. Neçə vaxtdır zəng edirlər. Heç olmasa 500 manat olsaydı, borcun üstündən verərdik. Bu gün də mənə zəng vurublar ki, gedib qızın evindən yığacaqlar mebelləri. Nəsir də bu dərdə dözə bilmir".

Hadisə şahidlər bildiriblər ki, 65 yaşlı kişi özünü qatarın altına atarkən ortadakı boşluğa deyil, relslərin üstünə düşsəydi, onun həyatını xilas etmək mümkün olmayacaqdı. Məhz relslərin arasındakı boşluq zolağa düşdüyündən həmin şəxs xilas ola bilib.

5538 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___