Müğənni Pərviz Tahir: “Həmkarlarımdan xahiş edirəm...”
Tarix: 29-11-2016 | Saat: 22:05
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər
Pərviz Tahirdən gözlənilən açıqlama və yeni fotosessiya.
Gənc müğənni Pərviz Tahir böyük səhnə ilə toy arasında heç bir fərq görmür. Bunu ifaçı "Xəbəraz.az "-a açıqlamasında deyib. Pərviz bildirib ki, o, hər hansı bir məkanda çıxış edən zaman yalnız tamaşaçıya üstünlük verir: “15 yaşımdan oxuyuram. Azərbaycanın bütün böyük səhnələrində çıxış etmişəm. Mənim üçün toy və səhnə eyni tərəzidə ölçülür. Bəlkə də məkan fərqi var, amma tamaşaçı fərqi yoxdur. Mən hər zaman oxuduğum musiqini ən böyük yerdən səsləndirdiyimi təsəvvür etmişəm. Ürəkdən oxumuşam. Hər zaman da lap ilk dəfə olduğu kimi məsuliyyətlə yerinə yetirmişəm. Yəqin məhz bunlara görə mən toyla səhnənin fərqini görmürəm”.
Pərviz toy sənətinə birmənalı yanaşmayan həmkarlarından da söz açdı. İfaçı, hətta onlara müraciət etdi: “Mən əslində bilirəm ki, toy sahəsinə yaxşı baxmayan sənətçi dostlarım da var. Ancaq istəyirəm bilsinlər ki, toyda ifa etməyin özü də böyük məsuliyyətdir. Bu məsuliyyətin başlıca səbəbi, məncə, canlı ifadır. Çünki mən şəxsən bütün çıxış etdiyim, idarə etdiyim toylarda canlı oxumuşam. Toyda canlı ifa edən həmkarlarım isə bilir, bu necə çətin məsələdir. Bəzi həmkarlarımdan da xahiş etmək istəyirəm ki, toy sənətinin səviyyəsini aşağı salmasınlar. Azərbaycanın toyları çox gözəl olur. Toy sakinlərini də bu sahədə kifayət qədər biliklidir. Hətta xarici ulduzlar toylarımıza qatılıb, çıxış edəndə deyir ki, bizim toy camaatını aldatmaq çox çətindir. Çünki onların musiqidən, xüsusi ilə toy musiqisindən başı çıxır. Qulağımın şahidi olmuşam, xarici ulduzlar etiraf edib ki, bizim toylarımızda çıxış etmək böyük konsertlərdən daha çətindir”.
Gənc müğənni yeni fotosessiyaya da imza atıb. Fotoqraf Pərviz Muradın kamerası qarşısına keçən Pərviz Tahir, qarşıdan gələn qış fəslinin ab-havasını yaratmağa müvəffəq olub.
Xəbəri paylaş
8798 dəfə oxunub.
Digər xəbərlər

4-05-2023, 10:40
"Əxlaq geyimimizin metrəsi ilə deyil" - Fotolar
27-04-2016, 12:08
Zakir Həsənov müavinini Moskvaya göndərdi
7-10-2016, 00:12
Oğuzda kəndə hücum edən ayını "tok" vurub öldürdü - VİDEO - FOTO
22-06-2016, 11:25
Bu gün 6 ölkə türklərin taleyini həll edir
10-03-2017, 21:23
Qadınları xoşbəxt etmək üçün SINANILMIŞ 9 ÜSUL
21-06-2015, 14:24
Cənubi Koreyada koronar virusdan ölənlərin sayı 20 nəfərə çatıb
29-04-2016, 12:13
Nazirlik 300 nəfəri işlə təmin edib
11-01-2017, 14:15
3 diplomlu qızın qeyri-adi həyatı - VİDEO