Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur
Tarix: 28-11-2016 | Saat: 22:52
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Diqqət! Spirtli içkilər 7 xərçəng növünə səbəb olur


Dünya tibb aləmində spirtli içkilərin ziyansız dozası haqda çoxdan mübahisələr gedir. "Xəbəraz.az "saglamolun.az-a istinadən bildirir ki, bəzi araşdırmalar göstərir ki, qırmızı çaxırın az miqdarda qəbulu hətta ürək-damar sistemi xəstəliklərinin riskini azaldır.

Lakin onkoloqların fikrinə görə, spirtli içkilərin ziyansız miqdarı yoxdur. İstənilən dozada istənilən spirtli içkilərin qəbulu xərçəngin riskini artırır.

Təbii ki, tez-tez və çoxlu miqdarda spirtli içkiləri içən insanlarda bu risk daha da yüksək olur.

Amerika onkoloqlarının araşdırmaları göstərib ki, spirtli içkilər ən azı 7 xərçəng növünə səbəb olur:
- ağız boşluğu xərçəngi
- qırtlaq xərçəngi
- qida borusu xərçəngi
- qaraciyər xərçəngi
- yoğun və nazik bağırsağın xərçəngi
- süd vəzi xərçəngi.

Ümumdünya xərçəng araşdırmaları fondu xərçəngin profilaktikası məqsədi ilə spirtli içkilərin qəbulundan tam imtina etməyi tövsiyə edir.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___