Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Elmlər Akademiyası"nın 7 qapısından 1-i işləyir, sıxlıq yaranır - VİDEO
Tarix: 28-11-2016 | Saat: 22:40
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

"Elmlər Akademiyası"nın 7 qapısından 1-i işləyir, sıxlıq yaranır - VİDEO


Metronun "Elmlər Akademiyası" stansiyasının 7 qapısı olsa da cəmi biri işlədilir.

Bu da pik saatlarda izdihama səbəb olur və metroya daxil olmaq sərnişinlər üçün əməlli-başlı problemə çevrilir. Hər gün pik saatlarda sərnişinlər bu vəziyyətlə üzləşirlər.

Vəziyyətdən ən çox əziyyət çəkənlər yaxınlıqda yerləşən universitetlərin tələbələridir. Xüsusilə də dərslərin başlama və bitmə saatlarında.

Qapı kimi stansiyada ekskalatorlardan da yalnız biri işlək vəziyyətdə olur.

Bakı Metropoliteni Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsmi Paşayev vəziyyətdən xəbərdar olduqlarını deyir. Onun sözlərinə görə, buna səbəb məhz sərnişinlərin təhlükəsizliyini təmin etməkdir.

Nəsimi Paşayevin sözlərinə görə, bu təcrübə digər stansiyalarda da tətbiq olunur və platformadakı sıxlıq da beləcə aradan qaldırılır.

"Xəbəraz.az " "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.




Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
4-01-2016, 10:04 Bakıda avtomobil yanıb

bütün xəbərlər
____ Instagram ___