Orta məktəbdəki davada xəsarət aldığı deyilən müəllim danışdı
Tarix: 28-11-2016 | Saat: 19:05
Bölmə:Karusel / Hadisə / Bizim seçim | çapa göndər
Noyabrın 24-də Suraxanı rayonunda yerləşən Sovet İttifaqı Qəhrəmanı Əmi Məmmədov adına 101 saylı orta məktəbdə şagird, müəllim və valideynlər arasında baş verən davada xəsarət aldığı deyilən həmin məktəbin psixoloqu Mətanət Rəhimova hadisə barədə Trend-ə açıqlama verib.
O, məktəbdə davanın baş verdiyini təsdiqləsə də, hadisə nəticəsində heç bir xəsarət almadığını bildirib. M.Rəhimova deyib ki, noyabrın 24-də orta məktəbin şagirdləri Gövhər Yaqubova ilə Təhminə Zeynalova arasında mübahisə yaranıb. Mübahisəyə şagirdlərin valideynləri Zəminə Zeynalova və Tamara Yaqubova müdaxilə edib və nəticədə valideynlər əlbəyaxa olublar.
Hadisə nəticəsində Z.Zeynalova xəsarət alıb: "Hadisə nəticəsində nə şagirdlərdən, nə də müəllimlərdən heç kim xəsarət almayıb. Hadisə ilə bağlı hazırda Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsində və Bakı şəhər Baş Təhsil Nazirliyində araşdırma aparılır".
M. Rəhimova bildirib ki, hadisədən sonra məktəbin mübahisə edən şagirdləri G.Yaqubova və T. Zeynalova məktəbə gəlmirlər.
Xatırladaq ki, noyabrın 25-də orta məktəbdə şagirdlər və valideynlər arasında dava düşdüyü, hadisə nəticəsində ikiai müəllim olmaqla 5 nəfərin xəsarət aldığı barədə məlumatlar yayılmışdı. Məlumatda bildirilirdi ki, hadisə nəticəsində məktəbin psixoloqu Mətanət Rəhimova və direktor müavini Elnarə Məmmədova da döyülüblər.
3 saylı Şəhər Klinik Xəstəxanasından isə Trend-ə verilən məlumatda deyilirdi ki, noyabın 24-də Zeynalova Zəminə Həsən qızı 101 saylı orta məktəbdə baş verən dava nəticəsində döş qəfəsi və sağ əlinin barmağının əzilməsi şikayəti ilə xəstəxanaya müraciət edib. Xəstəyə ilkin tibbi yardım göstərilib və ona ambulator müalicə təyin edilib.
Xəbəri paylaş
7428 dəfə oxunub.
Digər xəbərlər

28-06-2017, 11:32
“Qazprom” Türkiyə bazarını tərk edə bilər
1-02-2018, 13:42
Sabah hava necə olacaq?
27-07-2017, 12:30
Cabir İmanov oğul atası oldu
15-02-2016, 11:19
Azəri Günelin bacısı ikinci dəfə ailə qurub
16-02-2017, 22:01
QADIN GÖZƏLLİYİ FOTOQRAF TÜNZALƏ AĞAYEVANIN OBYEKTİVİNDƏ – FOTOLAR
21-01-2017, 13:43
Qışda bu çayları için - RESEPTLƏR
22-02-2023, 11:59
Azərbaycandakı binalar neçə ballıq zəlzələyə davamlıdır? - Açıqlama
13-11-2015, 18:47
Şair Məmməd Aslan vəfat etdi
9-01-2020, 20:57
Azərbaycanda dekan işdən qovuldu: “Tələbələrin geyiminə...”
14-03-2017, 12:11
Yeni ana olan Kəmalə əri və oğlu ilə - FOTOLAR