Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Trampın Azərbaycanda 5 obyekti var
Tarix: 28-11-2016 | Saat: 11:16
Bölmə:Karusel / Siyasət / Gündəm | çapa göndər

Trampın Azərbaycanda 5 obyekti var


Prezident Donald Trampla biznesmen Donald Tramp arasında maraq, mövqe intriqası yaranacaqmı?

Amerika KİV-ləri 20 yanvar 2017-ci ildən - Trampın inauqurasiyasından sonra ABŞ-ı nə gözlədiyinə dair proqnozlar verməkdə davam edirlər. İddia edilir ki, yeni prezident eyni vaxtda iki "imperiyanı" - həm Amerikanı, həm də yerli və beynəlxalq şirkətlərinin konqlomeratını idarə edəcək.

"Xəbəraz.az " virtualaz-a istinadən xəbər verir ki, The Washington Post bildirir ki, Tramp dünyanın 18 ölkəsində 113 beynəlxalq şirkətə sahibdir. Onlardan beşi, nəşrin iddiasına görə, Azərbaycandadır. Bundan başqa, Trampın Hindistanda 16, BƏƏ-də 13, Kanadada 12, Çində 9, İndoneziyada Panamada və Səudiyyə Ərəbistanında 8, Şotlandiyada 7, Braziliyada, İrlandiyada, İsraildə və Qətərdə 4, CAR, Türkiyə, Uruqvada 2 və Bermudda 1 obyekti var. Vurğulanır ki, Trampın başqa xarici layihələri reallaşma mərhələsindədir.

ABŞ-da güman edirlər ki, Tramp onun və partnyorlarının biznesinə imkan yaradacaq qanunları irəli çəkəcək. , Beynəlxalq səviyyədə isə bir çox ölkələrin hökumətləri ABŞ hökumətindən alacaqları xidmətlərin və ya mənfəətin əvəzi olaraq Amerika prezidentinin biznes maraqlarına kömək edə bilərlər.

Nəşr xatırladır ki, keçmiş prezident Corc Buşun və sabiq vitse-prezident Dik Çeyninin dövründə istifadə olunan bu dəst-xətdən amerikalılar böyük fayda əldə etmişdilər. Məsələn, onlar İraq neftini ticarətlərsiz ələ keçirdilər və ölkənin bərpası üzrə məsuliyyəti öz üzərlərinə götürdülər.

Donald Tramp isə The New York Times-a müsahibəsində bildirmişdi ki, mənafe konflikti olmayacaq. Həmin gün o "Tvitter"də yazırdı: "Nəzəri cəhətdən mən öz biznesimi əla, sonra isə ölkəni yaxşı idarə edə bilərəm". Elə həmin gün o əlavə etmişdi: "Qanun tamamilə mənim tərəfimdədir, prezident mənafe konfliktinə girməməlidir".

Bu bəyanat çoxlarını çaşdırdı, çünki Amerika qanunları, Konstitusiya daxil olmaqla, dövlət idarəçiliyi sahəsində mənafe konfliktinin nizama salınması vaxtı prezidentin mövqeyini dəqiqləşdirmirlər. Düzdür, Konstitusiyada müəyyən bənd var, amma onu müxtəlif şəkillərdə izah və tətbiq etmək olar.

Qanunlardakı boşluğu nəzərə alaraq, demokratlardan konqresmen Ketrin Klark yeni qanun layihəsi təqdim edib. Həmin layihəyə əsasən qanunlara xüsusi halda, prezidentin və vitse-prezidentin mövqeləri və mənafe konflikti haqda zəruri əlavə edilir. ABŞ Demokrat partiyasının daha bir nümayəndəsi Ron Vayden isə prezidentliyə namizədlərin və prezidentlərin öz vergi bəyannamələrini elan etmələri ilə bağlı qanun layihəsi təqdim edib. Düzdür, bu ABŞ-da çoxdankı ənənədir, hansını ki, heç vaxt pozmurdular. Amma Tramp bunu etmədi və bildirdi ki, bunu vəzifəsinin icrasına başladıqdan sonra edəcək. O həmçinin qeyd etdi ki, biznesi onun uşaqları - İvanka, Erik və Donald idarə edəcəklər.

Tramp onu da bildirdi ki, biznesə marağı itib və özünü hökumət işlərinə həsr edəcək. Amma problem ondadır ki, Trampın uşaqları, həmçinin İvankanın əri Djared Kuşner artıq hökumətə, demək olar, qəbul ediliblər.

Trampın konqlomeratına onun qızı rəhbərlik edəcək. O, Yaponiyanın baş naziri Şinso Abeylə görüşdə iştirak edib, axı Tramp Yaponiyada biznesə malikdir. Həmçinin bildirilir ki, Argentina prezidenti Maurisio Makri Trampa zəng vurub, onu ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edərkən, o, imkandan yararlanaraq Makridən onun Buenos-Ayresdəki layihəsinə icazənin verilməsi prosesini yüngülləşdirməyi xahiş edib. Hərçənd, Argentina prezidenti bunu inkar edir...


Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___