Qəbələdə at əti satanlar saxlanıldı - FOTO
Tarix: 26-11-2016 | Saat: 18:56
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Qəbələ rayonunda at əti satmağa cəhd edən şəxslər saxlanılıb. Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Nic qəsəbəsində İsmayıllı rayon sakini Süleymanov Vüqar Hafiz oğlunun idarə etdiyi "VAZ 21074" markalı 31-BE-575 dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən (KTN) verilən məlumata görə, baxış keçirilən zaman avtomobilin yük yerində və salonunda 3 baş kəsilmiş, 200 kq çəkisində antisanitar vəziyyətdə daşınan at cəmdəkləri aşkar edilib. Araşdırma zamanı məlum olub ki, həmin atları V.Süleymanov və onun qaynı İsmayıllı rayonu Qalıncaq kənd sakini - Hacıyev Sahil Tofiq oğlu Qəbələ rayonunun Aydınqışlaq, Mirzəbəyli və Mıxlıqovaq kəndlərindən alıb kəsərək Bakı şəhərindəki "Heyvanat parkı"na satmaq istəyiblər.
KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı at cəmdəklərinin mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri olmadığı, baytarlıq-sanitariya ekspertizasından keçmədiyi müəyyən edilib. Mənşəyinə və sağlamlığına dair müşayiətedici sənədləri, orqanoleptik göstəriciləri standarta uyğun olmayan, qida üçün yararlığı şübhə doğuran at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Aparılan müayinələrin nəticəsinə əsasən, at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq at cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq, noyabrın 26-da at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Qəbələ rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

1-01-2016, 15:37
ABŞ-da Yeni il şənliyini gülləbaran etdilər
2-06-2016, 17:49
“Rusiya hər an Avropaya hücuma keçə bilər
10-12-2015, 11:17
Məşhur atanın qızı alt paltarı reklamında - FOTO
1-08-2017, 16:27
6 tələbənin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU
29-04-2021, 16:40
Çingiz Qənizadənin çıxışı Türkiyə mediasında - VİDEO
16-09-2015, 10:19
Azərbaycanda dolların və avronun məzənnəsi
16-08-2017, 16:51
Samira: “Hər bir qadının kişi dayağına ehtiyacı var”
17-05-2018, 10:20
Göyçayda nənə və babaya 65 ildən sonra "Vağzalı" çalındı - Video
9-09-2022, 13:57
Məhkəmələr “Sahil-R” MTK-nı niyə himayə edir ? - “Sahil-R” MTK Qanunvericiliyi pozaraq payçılara məxsus əmlakı istismar edir…
13-05-2015, 17:04
“İŞİD”çilərin məhkəməsi oldu- Bakıda