Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Kreditlər bağışlanacaq? – EKSPERT DANIŞIR
Tarix: 24-11-2016 | Saat: 23:17
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Kreditlər bağışlanacaq? – EKSPERT DANIŞIR


"Azərbaycanda bəzi bank müştəriləri üçün kredit amnistiyası tətbiq olunmalı və banklar həmin müştərilərə güzəştə getməlidirlər".

"Xəbəraz.az " ann.az-a istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinini rəhbəri Ziyad Səmədzadə bu gün Bakıda keçirilən Bank Forumunda deyib. Z. Səmədzadə bildirib ki, biz bankların gəlirliliyini araşdırmışıq və hesab edirik ki, onlar kifayət qədər gəlirlə işləyirlər. Ona görə də, borcların amnistiya məsələsinə getmək olar.

Kredit amnistiya təklifini iqtisadçı ekspert Rəşad Həsənov şərh edib.

Ekspertin sözlərinə görə, hazırda problemli kreditlərin həcmi 9,5% olmaqla, 1 mlrd 600 mln manat təşkil edir:

"Bu rəqəmin 840 mln. manatı xarici valyutadan olan kreditlərdən, təxminən, 755 mln. manatı da manatla olan valyutadan gecikmələrdir. Kredit amnistiyası məsələsinə gəlincə, buna dövlət o halda qarışa bilər ki, kreditlərin bağışlanmasında onun dəstəyi olsun. Bank sektoru özəl bir sahədir. Dövlət banklara kreditlərin bağışlanması ilə bağlı qarışa bilməz. Dövlət o halda müdaxilə edilə bilər ki, kreditlərin qaytarılması üç tərəfli - bank, vətəndaş və dövlət şəklində (bankla vətəndaş arasında razılaşma və dövlət dəstəyi) həll edilsin. Ümumiyyətlə, kredit amnistiyası həyata keçirilərsə, bu yükün çox hissəsi dövlətin payına düşmələridir. Ölkədə yaşanan iki devalvasiyadan sonra bank sektorunun hansı vəziyyətdə olduğu göz qarşısındadır. Problemli kreditlərin bağışlanmasına bankların gücü çatmaz".

R. Həsənov kreditləşmə aparılmadığından bankların gəlirlərinin daha da azaldığına diqqət çəkib:

"Hazırda bank sektorundan böhran sürətlə dərinləşir. Problemli kreditlərin həcmi artır. Çünki banklar hazırda kredit portfelinin yığımında əziyyət çəkir (əhalinin böyük bir qisminin gəliri azalıb, bu, əhalinin kredit verməsini daha da ləngidir) və kreditləşmə aparmırlar. Əvvəlki dövrlərin statistik təhlilini aparsaq, görərik ki, bankların əldə etdiyi gəlirin təxminən, hər 100 manatından 74-75 AZN-i kredit faizinin gəlirləri idi. Kreditləşmə aparılmadığına görə də, gəlirlərin böyük qismindən məhrum olublar".

"Kredit amnistiyasına başqa cür yanaşmaq da olar. Biz hələ 2 il bundan əvvəl belə bir təkliflə çıxış etmişdik. Banklar müştəriləri üçün elə şərait yaratmalıdır ki, onlar krediti qaytarmaqda maraqlı olsunlar. Əks halda, nəticələr acınacaqlı olacaq. Və biz bu gün bankların həmin şəraitdə olmasının şahidiyik. 11 bankın bağlanması bu hadisəni daha da acınacaqlı edir. Çökmüş bank sistemindən güzəşt gözləmək düzgün deyil. Güzəşt 3 tərəfin birgə səyi nəticəsində tətbiq edilə bilər. Problemli kreditlərin həcminin bu qədər artmasının əsas səbəbkarı Mərkəzi Bankdır. Çünki rəsmi qurumun qəbul etdiyi yanlış pul siyasəti (ölkədə yaşayan 2 devalvasiya: 21 fevral 2015, 21 dekabr 2015) vətəndaşlara külli miqdarda zərər vurub. Qanunvericilikdə də deyilir ki, əgər vətəndaşa hər hansı dövlət qurumunun qəbul etdiyi qərardan zərər dəyirsə, bu zərərin həcmini dövlət kompensasiya etməlidir. Hazırkı mövcud durumu nəzərə alaraq, vətəndaşların kredit probleminə dövlət öz dəstəyini göstərməlidir", - deyə iqtisadçı-ekspert əlavə edib.


Xəbəri paylaş

9148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___