Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Stilist Samiraldo: "...o gecə Samiraldo obrazı həyatdan birdəfəlik gedəcək" - VİDEO
Tarix: 22-11-2016 | Saat: 19:25
Bölmə:Karusel / Şou-Biznes / Foto-fakt / Xəbəraz TV | çapa göndər

Stilist Samiraldo: "...o gecə Samiraldo obrazı həyatdan birdəfəlik gedəcək" - VİDEO

“Allah nə istəyirsə, o da olmalıdır. Ailə qurmaq istəyim alınmadı. Bu da mənim taleyimdir, taleyimlə barışmışam”. Bu sözləri stilist Samiraldo (Samir Əliyev) Lent.az-ın suallarını cavablandırarkən deyib: “Ailə həyatı qurmaq şansım var idi, amma alınmadı. Nişanlı olan zaman qızla aramı vurdular. Yəni ailə qurulmamış, bu ailə dağıldı. Evlənməyim üçün çox şeylər etmişdim. Yaxşı ki, ailə quracağım qızın şəklini mediaya yaymadım. Allah hər şeyə nəzarət edir. Həyatda heç bir şeyi insan özbaşına edə bilməz. İstəmirəm ki, mənim çəkdiyim əziyyətləri ailəm çəksin. Ailə mənim üçün müqəddəsdir. İstəmədim ki, ailə qurum və bu ailəni məhv edim. Əgər evlənsəydim, ailəm də mənim kimi həyat sürməli olacaqdı. Bu da uçuruma gedib çıxardı”.



Stilist onu da əlavə edib ki, ailə qurmaq istəyi baş tutmasa da, süni mayalanma yolu ilə ata olmaq istəyir: “Hər bir insan istəyər ki, ata olsun. Mən də insanam, istəyirəm ki, övladımı iyləyim, onu böyüdüm, əzizləyim və hər dəfə evə gələndə o, mənim qucağıma qaçsın. İstərdim ki, övladım mənlə fəxr etsin. Onu da deyim ki, ata olandan sonra gördüyünüz Samiraldo obrazı olmayacaq. Valideyn olandan sonra dəyişiləcəm. Samiraldo obrazını tamam başqa iş üçün yaratdım. Ata olacağım gecə Samiraldo obrazı həyatdan birdəfəlik gedəcək".


Xəbəri paylaş

8128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___