SOS: “Bir azdan insan əti yeyəcəyik”
Tarix: 21-11-2016 | Saat: 19:42
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
ABŞ başda olmaqla koalisiya qüvvələrinin Mosulu İŞİD-dən təmizləmə əməliyyatı şəhərdə əsil humanitar fəlakətə səbəb olub.
"Xəbəraz.az " xəbər verir ki, indiyə qədər 100 minə yaxın mülki vətəndaş evlərini tərk etmək məcburiyyətində qalıb.
Şimali İraq Kürd Muxtariyyətinə yaxın olan “Rudav” nəşri silahlı toqquşmaların daha çox olduğu şəhərətrafı məhəllələrdə böyük qıtlığın yaşandığı haqda xəbər yayıb.
Sədam məhəlləsi olaraq tanınan Zəhra məhəlləsindəki evlərdə çörək qalmayıb, ərzaq tükənib. Sakinlər qorxu içindədir.
Nəşrə danışan bir iraqlı bildirib ki, qısa müddətdə kömək gəlməsə, bir-birimizin ətini yeyəcəyik: “Vəziyyət çox pisdir. Ən qısa zamanda yardım edilməsə, insan əti yeməyə məcbur olacağıq”.
Digər bir problem isə atışmalar zamanı ölənlərin cəsədlərinin basdırılmamasıdır. Buna səbəb qəbiristanlıqların İŞİD-in nəzarətində olmasıdır.
Tahrir Məhəlləsindəki bir kişi danışır: “Evimin önündə bir İŞİD-çi öldürülmüşdü. Üzərində o qədər partlayıcı və bomba var idi ki, qorxudan yaxınlaşa bilmədim. Cəsəd elə də qaldı. İtlər gəlib bir hissəsini yedi”.
50 yaşlı Firasın evinə bomba düşüb, nəticədə həyat yoldaşı və qızı həlak olub. O, məcburiyyət qalaraq cəsədləri evin bağçasında basdırıb.
Qeyd edək ki, Mosulda hələ də xilas edilməyi gözləyən 1 milyon insan var.
Xəbəri paylaş
8458 dəfə oxunub.
Digər xəbərlər

3-01-2017, 14:51
“Uğursuz sevgidən sonra...” - Nuranənin ilk və son səfəri
5-10-2017, 14:49
Kişinin düz bağırsağından 1 kilo qızıl çıxarıldı - FOTO
5-10-2015, 13:51
Bakıda bəzi avtobus xətlərinə dəyişiklik edildi
24-02-2018, 11:05
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
19-06-2015, 17:40
Bakıda mərkəzi yollar iki gün bağlı olacaq
23-06-2022, 14:21
Binə qəsəbə icra nümayəndəliyi şəhidin abidəsinə və övladına hücum çəkib - VİDEOŞİKAYƏT
8-10-2016, 19:00
Prezidentdən evsizlərə müjdə: Artıq başladı
13-06-2019, 15:36
5000 metr uzunluqda Azərbaycan bayrağı hazırlandı - Foto